“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 4 aprel tarixli
855-VIQD nömrəli Qanununun
tətbiqi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının
2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 4 aprel tarixli
855-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki, “Qiymətli
kağızlar bazarı
haqqında” Azərbaycan
Respublikası Qanununun
28.4-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti həyata keçirir.
2. “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikasının
2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 7, maddə
834; 2016, ¹ 6, maddə 1049; 2017, ¹ 5, maddə 847; 2019, ¹ 7, maddə
1214) aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:
“2.5. həmin Qanunun
28.4-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti həyata keçirir.”.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 may 2023-cü il
Azərbaycan.- 2023.- 17 may.- S.7.