“Azərbaycan Respublikası Hökuməti
ilə Tacikistan Respublikası Hökuməti
arasında yerquruluşu,
torpaq münasibətləri,
kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması
və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq
haqqında Saziş”in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2023-cü il aprelin
5-də Düşənbə şəhərində imzalanmış
“Azərbaycan Respublikası
Hökuməti ilə
Tacikistan Respublikası
Hökuməti arasında
yerquruluşu, torpaq münasibətləri, kadastr,
geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində
əməkdaşlıq haqqında
Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
və Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Tacikistan Respublikası
Hökumətinə bildiriş
göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 may 2023-cü il
Azərbaycan.- 2023.- 17 may.- S.7.