Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 21-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə
797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12,
maddə 1539; 2015, ¹ 3, maddə
259, ¹ 6, maddə 689, ¹ 12, maddə
1436; 2016, ¹ 2 (II kitab), maddə
214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə
1794; 2017, ¹ 7, maddə 1312, ¹ 11, maddə 1963, ¹ 12 (I kitab), maddələr 2218, 2257; 2018, ¹ 1, maddə 32, ¹ 3, maddə
386, ¹ 6, maddə 1156, ¹ 7 (I kitab),
maddə 1434; 2019, ¹ 1, maddə
23, ¹ 7, maddə 1191, ¹ 8, maddə
1380, ¹ 11, maddə 1686; 2020, ¹ 5, maddə 523, ¹ 6, maddə
676, ¹ 7, maddə 832, ¹ 11, maddə
1333; 2021, ¹ 7, maddə 717, ¹ 8, maddə 894; 2022, ¹ 8, maddə
833, ¹ 12, maddələr 1390, 1401; Azərbaycan Respublikasının
2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli
və 23 dekabr tarixli 761-VIQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 45-ci maddə üzrə:
1.1.1. adında “icazə
verildiyi” sözləri
“icazənin verildiyi (müddətinin uzadıldığı)”
sözləri ilə əvəz edilsin;
1.1.2. 45.1-ci maddəyə “verilir” sözündən sonra “(müddəti
uzadılır)” sözləri
əlavə edilsin;
1.1.3. 45.1.2-ci maddə aşağıdakı redaksiyada
verilsin:
“45.1.2. bu Məcəllənin
45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş
hallar da nəzərə alınmaqla,
ölkə iqtisadiyyatına
qoyduğu investisiya məbləğinin cəmi
azı 500.000 manat olduqda;”;
1.1.4. aşağıdakı məzmunda 45.1.3-2-ci maddə
əlavə edilsin:
“45.1.3-2. nominal dəyəri
azı 100.000 manat olan dövlət qiymətli kağızlarına
və ya eyni həcmdə paylarının (səhmlərinin)
51 və daha artıq faizi dövlətə məxsus
olan hüquqi şəxslərin investisiya
qiymətli kağızlarına
malik olduqda;”;
1.1.5. 45.1.6-1-ci maddə aşağıdakı redaksiyada
verilsin:
“45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş
nizamnamə kapitalı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş miqdardan az olmayan, təsisçisi
və ya təsisçilərdən ən
azı biri xarici hüquqi və ya fiziki
şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini
tutduqda və ya həmin hüquqi
şəxsin paylarının
(səhmlərinin) azı
51 faizinə sahib olduqda;”;
1.1.6. aşağıdakı məzmunda 45.3-cü maddə
əlavə edilsin:
“45.3. Dövlət qiymətli
kağızlarına və
ya paylarının (səhmlərinin) 51 və
daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin
investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq
üçün icazə
almış şəxslərin
siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş
şəxslərin mülkiyyətində
olan investisiya qiymətli kağızlarının,
o cümlədən dövlət
qiymətli kağızlarının
ümumi nominal dəyəri 100.000 manatdan
aşağı düşdükdə
və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə
Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində
məlumat təqdim edir.”;
1.1.7. “Qeyd” hissəsi
üzrə:
1.1.7.1. “Qeyd” hissəsinin
mətni 1-ci bənd hesab edilsin və
həmin bəndin birinci cümləsində
“maddəsində göstərilən
hal o vaxt Azərbaycan Respublikasının
ərazisində müvəqqəti”
sözləri “və
52.1.11-ci maddələrində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində
müvafiq olaraq müvəqqəti və ya daimi” sözləri
ilə əvəz edilsin, ikinci cümləsinə “vətəndaşı
olması” sözlərindən
sonra “və ya bu Məcəllənin
64.0.1-ci, 64.0.14-cü, 64.0.15-ci, 64.0.15-1-ci və
64.0.16-cı maddələrində nəzərdə tutulan şəxslər olması”
sözləri əlavə
edilsin;
1.1.7.2. aşağıdakı məzmunda 2-ci və
3-cü bəndlər əlavə
edilsin:
“2. Bu Məcəllənin
45.1.6-1-ci və ya
45.1.7-ci maddələrində nəzərdə tutulmuş
hallar əsasında azı 1 il Azərbaycan
Respublikasının ərazisində
müvəqqəti yaşamış
əcnəbiyə və
vətəndaşlığı olmayan şəxsə münasibətdə həmin
hallar o vaxt müvəqqəti yaşamaq
icazəsinin verilməsi
(müddətinin uzadılması)
üçün əsas
hesab edilir ki, onların dövriyyəsi müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi həcmdə olsun.
3. Bu Məcəllənin
45.1.6-1-ci maddəsində nəzərdə
tutulan nizamnamə kapitalı ilə bağlı, həmçinin
bu Qeydin 1-ci və 2-ci bəndlərində
nəzərdə tutulan
tələblər investisiya
təşviqi sənədinə
və ya “Startap” şəhadətnaməsinə
malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq
subyektlərinə, habelə
qeyri-kommersiya hüquqi
şəxslərinə, sənaye
parkının, sənaye
məhəlləsinin və
aqroparkın rezidentlərinə
şamil olunmur.”;
1.2. aşağıdakı məzmunda 46.7-1-ci maddə
əlavə edilsin:
“46.7-1. Bu Məcəllənin
45-ci maddəsinin “Qeyd”
hissəsinin 2-ci bəndində
nəzərdə tutulan
müraciət hallarında
bu Məcəllənin
46.1-ci maddəsində göstərilən
sənədlərlə yanaşı
sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə
dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.”;
1.3. 52-ci maddə üzrə:
1.3.1. 52.1-ci maddə aşağıdakı redaksiyada
verilsin:
“52.1. Bu Məcəllənin
45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş
əsaslarla müvafiq
icazə əsasında
son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşayan
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
(bu Məcəllənin
45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş
əsaslarla Azərbaycan
Respublikasının ərazisində
müvəqqəti yaşamaq
üçün icazə
almış əcnəbilərin
və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq
üçün icazə
almış şəxslər
və bu Məcəllənin 55-ci maddəsində
nəzərdə tutulmuş
hallar istisna olmaqla) aşağıdakı
hallarda Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq üçün icazə verilir:
52.1.1. atası, anası,
əri (arvadı), övladı, bacısı
və ya qardaşı Azərbaycan
Respublikasının vətəndaşı
olduqda;
52.1.2. bu Məcəllənin
52.1.3-52.1.5-ci maddələrində nəzərdə tutulmuş
hallar da nəzərə alınmaqla,
ölkə iqtisadiyyatına
qoyduğu investisiya məbləğinin cəmi
azı 500.000 manat olduqda;
52.1.3. Azərbaycan Respublikasının
ərazisində azı
200.000 manat dəyərində
daşınmaz əmlakı
olduqda;
52.1.4. Azərbaycan Respublikasında
fəaliyyət göstərən
banklarda müddətli
əmanət müqaviləsi
əsasında azı
200.000 manat məbləğində
pul vəsaiti olduqda;
52.1.5. nominal dəyəri
azı 200.000 manat olan dövlət qiymətli kağızlarına
və ya eyni həcmdə paylarının (səhmlərinin)
51 və daha artıq faizi dövlətə məxsus
olan hüquqi şəxslərin investisiya
qiymətli kağızlarına
malik olduqda;
52.1.6. iqtisadiyyat, sənaye,
hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli
mütəxəssis olduqda;
52.1.7. bu Məcəllənin
64.0.8-1-ci maddəsində nəzərdə
tutulmuş mütəxəssis
olduqda;
52.1.8. Azərbaycan Respublikasının
ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı
olmayan şəxsin ailə üzvü olduqda;
52.1.9. xarici hüquqi
şəxsin Azərbaycan
Respublikasındakı filial
və nümayəndəliyinin
rəhbəri və onun müavini vəzifəsini tutduqda;
52.1.10. Azərbaycan Respublikasında
təsis edilmiş, ödənilmiş nizamnamə
kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş miqdardan az olmayan,
təsisçisi və
ya təsisçilərdən
ən azı biri xarici hüquqi
və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri
vəzifəsini tutduqda
və ya həmin hüquqi şəxsin paylarının
(səhmlərinin) azı
51 faizinə sahib olduqda, bu şərtlə
ki, rəhbəri və ya təsisçisi
olduğu hüquqi şəxsin dövriyyəsi
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
həcmdə olsun;
52.1.11. Azərbaycan Respublikasında
sahibkarlıq fəaliyyəti
ilə məşğul
olduqda, o şərtlə
ki, dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
həcmdə olsun.”;
1.3.2. “Qeyd” hissəsinin
mətni 1-ci bənd hesab edilsin və
aşağıdakı məzmunda
2-5-ci bəndlər əlavə
edilsin:
“2. Azərbaycan Respublikasında
fəaliyyət göstərən
banklarda müddətli
əmanət müqaviləsi
əsasında azı
200.000 manat məbləğində
pul vəsaiti olmaqla Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq üçün icazə almış şəxslərin
siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
3 iş günü müddətində aidiyyəti
banka göndərilir.
Həmin siyahıda göstərilmiş şəxslərin
müddətli əmanətinin
məbləği azaldılaraq
200.000 manatdan aşağı
düşdükdə və
ya əmanət müqaviləsinə xitam
verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat
təqdim edir.
3. Dövlət qiymətli
kağızlarına və
ya paylarının (səhmlərinin) 51 və
daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin
investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq üçün icazə almış şəxslərin
siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş
şəxslərin mülkiyyətində
olan investisiya qiymətli kağızlarının,
o cümlədən dövlət
qiymətli kağızlarının
ümumi nominal dəyəri 200.000 manatdan
aşağı düşdükdə
və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə
Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində
məlumat təqdim edir.
4. Bu Məcəllənin
52.1.9-52.1.11-ci maddələrində göstərilən hallar
o vaxt Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq üçün icazənin
verilməsinə əsas
hesab olunur ki, həmin şəxslər bu Məcəllənin müvafiq
olaraq 45.1.6-45.1.7-ci maddələrində
nəzərdə tutulan
əsaslar üzrə
müvafiq icazə əsasında Azərbaycan
Respublikasının ərazisində
son 2 il ərzində yaşamış
olsunlar.
5. Nizamnamə kapitalının
miqdarı və dövriyyə həcminə
dair bu Məcəllənin
52.1.10-cu maddəsində nəzərdə
tutulan tələblər
qeyri-kommersiya hüquqi
şəxslərinə şamil
olunmur.”;
1.4. 53-cü maddə üzrə:
1.4.1. 53.1.10-cu maddə aşağıdakı redaksiyada
verilsin:
“53.1.10. bu Məcəllənin
52.1-ci maddəsində nəzərdə
tutulmuş əsaslardan
birini təsdiq edən sənədin notariat qaydasında və ya ona
bərabər tutulan qaydada təsdiq olunmuş surəti;”;
1.4.2. aşağıdakı məzmunda 53.1.10-1-ci maddə
əlavə edilsin:
“53.1.10-1. bu Məcəllənin
52.1.1-ci və 52.1.8-ci maddələrində
göstərilən əsaslarla
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
daimi yaşamaq üçün icazənin
verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə
tutulmuş ailə üzvünün və ya yaxın qohumun
notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;”;
1.4.3. 53.2-1-ci maddə aşağıdakı redaksiyada
verilsin:
“53.2-1. Azərbaycan Respublikasında
fəaliyyət göstərən
banklara müddətli
əmanət müqaviləsi
əsasında ən azı 200.000 manat məbləğində pul
vəsaiti qoymuş, yaxud nominal dəyəri
azı 200.000 manat olan dövlət qiymətli kağızlarına
və ya eyni həcmdə paylarının (səhmlərinin)
51 və daha artıq faizi dövlətə məxsus
olan hüquqi şəxslərin investisiya
qiymətli kağızlarına
malik olan və ya bu
Məcəllənin 52.1.2-ci maddəsində göstərilən
hallar da nəzərə alınmaqla,
Azərbaycan Respublikasının
iqtisadiyyatına yatırdığı
investisiya məbləğinin
cəmi azı 500.000 manat olan şəxslərdən
bu Məcəllənin
53.1.7-ci maddəsində nəzərdə
tutulan sənəd tələb olunmur.”;
1.4.4. aşağıdakı məzmunda 53.2-2-ci maddə
əlavə edilsin:
“53.2-2. Bu Məcəllənin
52.1.10-cu və 52.1.11-ci maddələrində
nəzərdə tutulan
əsaslar üzrə
müraciət hallarında
bu Məcəllənin
53.1-ci maddəsində göstərilən
sənədlərlə yanaşı
sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə
dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.”;
1.5. 55.0.9-cu maddə aşağıdakı redaksiyada
verilsin:
“55.0.9. Azərbaycan Respublikasının
ərazisində daimi yaşama icazəsinin alınması üçün
əsas olmuş hal aradan qalxdıqda
və daimi yaşama icazəsinin alınması ilə bağlı bu Məcəllənin 52.1-ci maddəsində
nəzərdə tutulmuş
digər əsaslar olmadıqda;”;
1.6. 64-cü maddə üzrə:
1.6.1. 64.0.13-1-ci maddədə “rəhbərləri və
onların müavinlərinə”
sözləri “rəhbərlərinə
və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçiyə
(təsis etdiyi hüquqi şəxsdə
fəaliyyət göstərdikdə)”
sözləri ilə əvəz edilsin;
1.6.2. 64.0.16-cı maddədə “vətəndaşlarına” sözü
“vətəndaşı olanlara”
sözləri ilə əvəz edilsin.
Maddə 2. Keçid
müddəa
Bu Qanun qüvvəyə minənədək
verilmiş və ya müddəti uzadılmış Azərbaycan
Respublikasının ərazisində
daimi yaşamaq icazələrinin əldə
edilməsi üçün
əsas olmuş hal həmin icazənin sahiblərinə
münasibətdə bu
Qanun qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq icazəsinin verilməsi və müddətinin uzadılması
üçün əsas
hesab edilir və bu barədə
müvafiq təsdiqedici
sənəd Azərbaycan
Respublikası Miqrasiya
Məcəlləsinin 53.1.10-cu maddəsində nəzərdə
tutulan sənədə
bərabər tutulur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 aprel 2023-cü il
Azərbaycan. - 2023.- 17 may.-
S.7.