“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 15-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
“Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 7, maddə
813; 2016, ¹ 3, maddə 411, ¹ 11, maddə 1756, ¹ 12, maddə
2003; 2017, ¹ 2, maddə 159, ¹ 5, maddə 712, ¹ 12 (I kitab), maddə 2222; 2018, ¹ 5, maddə
893, ¹ 7 (I kitab), maddə
1395; 2019, ¹ 1, maddələr 33, 50, ¹ 2, maddə 189, ¹ 5, maddələr
807, 815, ¹ 6, maddə 999, ¹ 7, maddə 1184; 2021, ¹ 12, maddə
1298; Azərbaycan Respublikasının
2022-ci il 20 dekabr tarixli 715-VIQD nömrəli
və 30 dekabr tarixli 785-VIQD nömrəli
qanunları) aşağıdakı
məzmunda 28.4-cü maddə
əlavə edilsin:
“28.4. Dövlət qiymətli
kağızlarına və
ya paylarının (səhmlərinin) 51 və
daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin
investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və
ya daimi yaşamaq üçün
icazə almış əcnəbilərin və
ya vətəndaşlığı
olmayan şəxslərin
investisiya qiymətli kağızları, o cümlədən
dövlət qiymətli
kağızları barədə
məlumatlar müvafiq
icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsi ilə
müəyyən edilmiş
hallarda verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 17 may.- S.7.