Azərbaycan Prezidenti İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr
Palatasının sədrini
qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər
Krallığı parlamentinin
Nümayəndələr Palatasının
sədri Əhməd Əs-Səfadini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident
İlham Əliyev Əhməd Əs-Səfadinin
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından
məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı
qeyd etdi ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində
ölkəmiz ən ağır dövrlərdə
öz müstəqilliyini
qoruyub saxlaya bildi və inkişaf
yoluna qədəm qoydu.
kitərəfli münasibətlərə
toxunan dövlətimizin
başçısı Azərbaycanla
İordaniyanın dost
və qardaş ölkələr olduğunu
və əlaqələrimizin
müxtəlif istiqamətlər
üzrə uğurla inkişaf etdiyini bildirdi.
Əməkdaşlığımızın
genişlənməsində qarşılıqlı səfərlərin
önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadinin ölkəmizə
səfərinin parlamentlərarası
əlaqələrin genişlənməsi
işinə töhfə
verəcəyinə və
münasibətlərimizin perspektivlərinin
müzakirəsi üçün
yaxşı imkan yaradacağına əminliyini
ifadə etdi.
övlətimizin başçısı
ilə görüşdən
şərəf hissi duyduğunu bildirən Əhməd Əs-Səfadi
İordaniya Kralı
II Abdullah ibn Al Hüseynin salamlarını
Azərbaycan Prezidentinə
çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş
etdi.
Qonaq vurğuladı
ki, Azərbaycanla İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin
əsasının qoyulmasında
dünya səviyyəli
şəxsiyyətlər Heydər
Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi rolları olub.
Əhməd Əs-Səfadi
qeyd etdi ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz
böyük uğurlara
və nailiyyətlərlə
imza atıb. O vurğuladı ki, Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə
inkişaf yolundadır.
Görüşdə ölkələrimiz arasında
iqtisadi-ticari əlaqələrin
və turizm sahəsində əməkdaşlığın
genişləndirilməsi imkanları
barədə fikir mübadiləsi aparıldı.
onda Əhməd Əs-Səfadi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycan.- 2023.- 17 may.- S.
1-2.