Baş nazir
Əli Əsədov Parlamentlərarası İttifaqın
prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə
səfərdə olan
Parlamentlərarası İttifaqın
(İPU) prezidenti Duarte
Paçeko ilə görüşüb.
Görüşdə D.Paçekonun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı
yüksək qiymətləndirildi.
İPU-nun parlamentlərarası
əlaqələrin və
qlobal parlament diplomatiyasının inkişafındakı
rolu təqdir edilərək Azərbaycanın
bu təşkilatla əməkdaşlığın genişləndirilməsinə böyük
əhəmiyyət verdiyi
bildirildi.
Azərbaycanın İPU-ya üzv kimi səmərəli fəaliyyəti, həmçinin qarşıdakı dövrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi.
Azərbaycan.- 2023.-17 may.- S.2.