Azərbaycan-Misir əməkdaşlığının genişləndirilməsi perspektivləri
müzakirə olunub
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə
səfərdə olan
Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının
sədri Hanafi Gibali ilə görüşüb.
Görüşdə Bakıda keçirilən
Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında Misirin yüksək səviyyəli nümayəndə
heyətinin iştirak
etməsindən məmnunluq
ifadə edildi.
Azərbaycanla Misir
arasında əlaqələrin
hazırkı inkişaf
səviyyəsi yüksək
qiymətləndirildi.
Misir Ərəb
Respublikası prezidentinin
cari ilin yanvar ayında ölkəmizə baş tutmuş səfəri xatırlanaraq iki ölkə arasında münasibətlərin inkişafında
dövlət başçılarının
mühüm rolu vurğulandı.
Görüşdə həmçinin Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.
Azərbaycan.- 2023.-17 may.- S.2.