“Azərbaycan Respublikası Hökuməti
ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Hökuməti arasında
beynəlxalq avtomobil daşımaları haqqında”
Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası
Hökuməti ilə
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı Hökuməti
arasında beynəlxalq
avtomobil daşımaları
haqqında” 2023-cü il
fevralın 23-də Bakı
şəhərində imzalanmış
Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 may 2023-cü il
Azərbaycan.- 2023.- 19 may.- S.2.