Günnüt əməliyyatı: böyük zəfərə
aparan yollardan biri
"2018-ci ildə uğurlu
Naxçıvan əməliyyatı
nəticəsində on
min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və
işğalçılar o bölgələrdən qovuldu".
Prezident İlham
Əliyev Vətən
müharibəsindən cəmi
iki ay əvvəl
şanlı Azərbaycan
Ordusunun Günnüt qələbəsindən qürurla
bəhs edərək,
işğalçıları bu tarixi ərazilərimizdən
qovaraq, o torpaqlarda Azərbaycan bayrağını
ucaltdığımızı bəyan etdi.
Müzəffər Ali
Baş Komandan İlham Əliyev bununla həm də Azərbaycan xalqına böyük zəfərin çox yaxında olduğunun müjdəsini verdi, işğalçı düşmənə
başlarının tezliklə
əziləcəyinin xəbərdarlıq
mesajını yolladı.
Qələbəyə doğru
Ulu Öndər
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı
sürətli inkişaf
mərhələsinə yüksəldən
Prezident İlham Əliyevin ötən illər ərzində prioriteti işğal altında qalan torpaqlarımızın düşmən
tapdağından azad edilməsi idi. Buna görə də ölkədə digər sahələrlə
yanaşı, müasir
ordu quruculuğuna böyük əhəmiyyət
verilir, Azərbaycan Ordusunun arsenalı ən modern silah və digər
hərbi texnika ilə daha da
zənginləşdirilirdi.
Məkrli xarici
qüvvələrin səyləri
nəticəsində Qarabağ
münaqişəsinin sülh
vasitəsilə çözülməsi
müşkülə çevrilmişdi
və süni yollarla uzadılırdı.
Eyni zamanda Hayastanın ölkəmizə
qarşı təxribatları
münaqişənin güc
yolu ilə həllindən başqa çıxış yolunun
olmaması reallığını
ortaya qoyurdu.
Arxalandıqları xarici
qüvvələrin köməyinə
güvənərək daha
da azğınlaşan
və Azərbaycana qarşı növbəti
təxribata əl atan haylar 2016-cı ilin Aprel döyüşlərində
Azərbaycan Ordusu tərəfindən layiqli
cavablarını alaraq
yerlərində otuzduruldular.
2016-cı il aprelin
2-də düşmən təxribatlarına
cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum
əməliyyatı ilə
Füzuli, Cəbrayıl
və Tərtər rayonlarının işğal
altındakı ərazilərinin
2000 hektardan çox hissəsini azad etdi. Tərtər-Suqovuşan
istiqamətində yolların
nəzarətdə saxlanılması
təmin olundu. Həmçinin minlərlə
hektar ərazi ordumuzun tam nəzarətinə
keçdi. Ordumuzun güclü zərbələri
nəticəsində düşmənin
30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü
yaralandı.
Dördgünlük Aprel döyüşləri
zamanı işğalçı
Hayastan Azərbaycan Ordusunun gücünü döyüş meydanında
əyani şəkildə
daddı.
Günnüt əməliyyatı
Azərbaycan Ordusunun gücünü bir daha göstərdi
2016-cı il Aprel
döyüşlərindən sonra böyük zəfərə aparan qələbə yolunun ən mühüm addımlarından biri
2018-ci ildə Naxçıvanda
atıldı.
2018-ci il may ayının 20-dən 27-nə qədər
həyata keçirilən
əməliyyatda Şərur
rayonunun Günnüt kəndi və ətrafındakı mühüm
strateji əhəmiyyətli
yüksəkliklər işğaldan
azad edildi.
Uğurlu Naxçıvan
əməliyyatı sayəsində
ümumilikdə 11 min
hektardan çox ərazi və Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi,
Qızılqaya dağı,
Qaraqaya dağı düşməndən azad
edildi. Dərələyəz
mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Əməliyyat
ordumuza İrəvan-Yeğeqnadzor-Gorus
avtomobil yoluna nəzarət etməyə
imkan verdi.
"Biz çox
önəmli strateji yüksəklikləri Ermənistan
ordusundan təmizlədik,
o yüksəklikləri əldə
etdik. Bu yüksəkliklər imkan
verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq
Qarabağa gedən yola da nəzarət
edirik", - deyə
2021-ci il mayın 10-da
Naxçıvan Muxtar
Respublikasına səfəri
çərçivəsində Azərbaycan Televiziyasına
müsahibəsində Prezident
İlham Əliyev bildirdi ki, İkinci
Qarabağ müharibəsində
bu yola nəzarət
imkanlarımız bizə
bir çox informasiyanın əldə
edilməsində kömək
göstərdi.
Hayastanın "məğlubedilməz
ordu" mifi darmadağın edildi
O zaman Ermənistan
hakimiyyətinin bu əməliyyatı ictimaiyyətdən
gizlətməyə çalışması
Günnütdəki məğlubiyyətlərini
qarşılaşacaqları daha ağır və acı reallıqların başlanğıcı
saydıqlarının faktiki
göstəricisi oldu.
2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində törətdikləri növbəti
təxribatları zamanı
isə Azərbaycan Ordusu tərəfindən ağır məğlubiyyətə
uğradılması təcavüzkar
düşmənin artıq
sonunun çatdığını
göstərdi.
Ümumiyyətlə, Aprel döyüşləri,
Günnüt əməliyyatı,
eləcə də Tovuz döyüşləri
zamanı düşmən
Azərbaycan Ordusunun qarşısında tab gətirməyəcəyini qəti
dərk etdi. Hayastan illərdir öz ordusu haqqında uydurduğu
"məğlubedilməz"lik mifinin tar-mar edildiyini anladı.
Böyük zəfərə
aparan bu üç yolun hər birində xalqımız milli həmrəylik nümayiş
etdirdi. Azərbaycanın
mərd oğul və qızları Ali Baş Komandanın
Vətən uğrunda
"İrəli" əmrinə
hazır olduqlarını
bildirdilər.
Qəhrəman Azərbaycan
Ordusunun ard-arda düşmən üzərində
qazandığı bu
parlaq qələbələr
bizi böyük zəfərə yetirdi.
Rəşadətli ordumuzun
düşmənə keçdiyi
unudulmaz tarixi dərslər
Azərbaycan Silahlı
Qüvvələri 2016-cı ilin aprelində, 2018-ci ilin mayında və 2020-ci ilin iyulunda döyüş meydanında düşmənə
keçdiyi unudulmaz dərslərin ardından
44 günlük müharibədə
Hayastanın ordusunu qarşısında diz çökdürərək birdəfəlik
məhvə məhkum
etdi.
Vətən uğrunda
çıxdıqları haqq
yürüşündə qəhrəman döyüşçülərimiz
daim irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid oğullarımız
düşmən tapdağından
azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin gücləndirdiyi ordumuz yüksək peşəkarlıq
göstərərək çox
qısa zamanda, cəmi 44 gün ərzində 300-dən çox
yaşayış məntəqəsini
və Qarabağın
ürəyi Şuşanı
azad etdi. "Dəmir yumruq" düşməni kapitulyasiyaya,
Ağdamı, Kəlbəcəri
və Laçını
döyüşsüz tərk
etməyə məcbur
etdi.
Bu zəfər
30 illik torpaq həsrətimizə son qoydu, yüzminlərlə
vətəndaşımızı məcburi köçkünlükdən
qurtardı, bizi qalib xalqa çevirdi.
Bəli, Azərbaycan
xalqını şanlı
zəfərə aparan
qələbə yollarından
birinin təməli düz 5 il əvvəl,
2018-ci ildə Günnüt
əməliyyatı ilə
qoyuldu və igid oğullarımızın
həmin vaxt göstərdikləri qəhrəmanlıq
hərb salnaməmizə
qızıl hərflərlə
yazıldı.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.- 21 may.- S.3.