Sülh
istəyən Hayastan niyə silahlanır?
Real faktlar Ermənistanın regionda təhlükəsizliyin
təmin olunmasında
maraqlı olmadığını
göstərir
"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır. Əgər, doğrudan da, Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?"
Bu sözləri
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini
qəbul edərkən
deyib. Dövlət başçımız qeyd
edib ki, bu siyasət bölgə üçün
yeni təhdidlərə
gətirib çıxara
bilər.Mayın 14-də Brüsseldə
Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişelin də iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli
görüşdə iki
ölkə arasında
regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası
istiqamətində aydın
irəliləyişə nail
olunsa da, eyni zamanda Hayastan
Azərbaycanın 86,600 kvadratkilometr
ərazisini tanıdığını
bildirsə də, digər tərəfdən
də silahlanmaya davam edir. Maraqlısı
odur ki, Brüssel görüşündən
sonra Nikol Paşinyan hökumət iclasında çıxışında
da Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını
mühüm addım adlandırıb və bunun regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin
mətnini yekunlaşdırmağa
imkan verəcəyini bildirib. O qeyd edib ki, növbəti
addım delimitasiya komissiyasının formalaşdırılması
üçün əsasların
müəyyən edilməsi
olmalıdır.
Hər zaman
iki və üçtərəfli görüşlərdə
əldə edilən razılıqlar və danışıqlardan sonra
Paşinyanın normallaşma
istiqamətində müsbət
sözlər dediyinin,
sülhün vacibliyini
qeyd etdiyinin şahidi oluruq. Amma bunların hamısı sadəcə
sözdə qalır.
Praktik olaraq Ermənistanın 2020-ci il
10 noyabr Bəyanatından
irəli gələrək
üzərinə götürdüyü
öhdəliklərdən tutmuş
həm Soçi, həm Brüssel görüşlərində, həm
də Praqa danışıqlarında gəlinən
razılıqların heç
birini əməldə
etmədiyini görürük.
Elə görüşlərdən
sonra şərti sərhəddə təxribatlar
törətməsi ermənilərin
çirkin xislətindən
xəbər verir. Bunu sülhə maraqlı olmayan Ermənistanın silahlanmaya
davam etməsi də təsdiqləyir.
Bölgə üçün yeni təhdid
Cənubi Qafqazda
sülhün və təhlükəsizliyin bərqərar
olmasını istəməyən
qüvvələr də
az deyil. Onlar da hər
sülh danışıqları
ərəfəsində Ermənistana
havadarlıq edərək,
onu silahlandıraraq yeni təxribatlara daha da həvəsləndirirlər.
Bununla da Azərbaycanın regionda sülh və sabitliyi dəstəkləyən
səylərinin qarşısını
almağa, Hayastanı
isə silahlandırmaqla
sülh sazişi imzalanmasını ertələməyə
çalışırlar.
Azərbaycan Ermənistanla şərti
sərhəddə, Laçın
yolunun başlanğıcında
öz sərhəd-buraxılış
məntəqəsini quranadək
Ermənistanın Rusiya
sülhməramlılarının dəstəyi ilə Qarabağa silah-sursat, terrorçu qüvvələr
daşıdığı müşahidə
edilmişdi. Bu, Laçın-Xankəndi yolunun
başlanğıcında sərhəd-buraxılış
məntəqəsi qurmağımızı
şərtləndirmişdi.
Mayın 19-da sülh müqaviləsi imzalamaq istəyini ifadə edən Ermənistanın Rusiya sülhməramlılarının dəstəyi ilə növbəti daşımalar
həyata keçirdiyi
ilə bağlı videogörüntülər yayılıb.
Kadrlarda qeyri-qanuni erməni silahlı birləşmələrinin sülhməramlıların
zirehli texnikasının
müşayiəti altında
Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti
dəfə hərbi yük daşıdığı
aydın görünür.
Yəni bu, bir daha göstərir
ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil.
Ümumiyyətlə, bu ölkə Cənubi Qafqazda sabitliyin olmasının tərəfdarı deyil. Amma bu, hər
şeydən öncə
Hayastanın özü
üçün ağır
nəticələr verə
bilər. Təhlükəsizliyin
təmin olunması, kommunikasiyaların inkişafı
region dövlətlər
üçün vacibdir,
bunun faydası
olar. Bəzi dövlətlər Cənubi
Qafqazda sabitliyin bərpasında maraqlı
olmasa da, region dövlətləri üçün bu, çox əhəmiyyətlidir.
Bu baxımdan
Azərbaycan Prezidenti dəfələrlə Ermənistana
çağırış və xəbərdarlıq
edib ki, tezliklə Azərbaycanın
5 prinsipi əsasında
sülh müqaviləsini
imzalamaq lazımdır.
Əks halda yenidən "dəmir yumruğ"u dadacaqlar. Silahlanma ilə nəsə əldə edəcəyini düşünən
Ermənistan unudur ki, nə yeni
təxribatlar, nə də sülh sazişini gecikdirmək ona nəsə qazandıracaq. Əksinə,
hər dəfə uduzan tərəf olacaq.
Döyüş, müharibə hər şeydən əvvəl Ermənistanın iqtisadiyyatını
tənəzzülə aparır
və ölkədə
narazı qüvvələrin
sayını artır.
Onlar üzərinə
götürdükləri öhdəlikləri
yerinə yetirməli,
hər danışıqlar
masasından qalxdıqdan
sonra təxribata əl atmamalı, gəlinən razılıqlara
əməl etməlidirlər.
Ümumilikdə Hayastanın gələcəyi,
inkişafı Azərbaycanla
sülh sazişi imzalayaraq regionda barışın və təhlükəsizliyin bərqərar
olmasından keçir.
Bunu ermənilərin vaxt
uzatmadan anlamaları mütləqdir. Azərbaycanın
ərazi bütövlüyünü
tanıyan Ermənistan
əməldə də
bunu sübut etməli, qanunsuz hərbi birləşmələrini
Qarabağdan çıxarmalı
və ərazimizə
silah-sursat daşınmasını
dayandırmalıdır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 21 may.- S.5.