ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü
dəstəkləməyə davam edəcəkdir
Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab
Prezident,
Amerika xalqı
adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü
münasibətilə təbrik
edirəm.
Azərbaycanla Birləşmiş
Ştatlar arasındakı
tərəfdaşlıq regionda
inkişafı təmin
edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı
tədbirlər görür
və kütləvi qırğın silahlarının
yayılmasının qarşısını
alırıq. Xüsusən,
Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsində
biz bir yerdə
olmuşuq. Birləşmiş
Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün
təhlükəsizlik və
inkişafı təşviq
edəcək, Azərbaycanla
Ermənistan arasında
dayanıqlı və
ədalətli sülhü
dəstəkləmǝyǝ davam edəcəkdir.
Qarşıdan gələn
ildə təhlükəsizlik
və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də
daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi
həvəslə gözləyirəm.
Sizə sevincli və firavan Müstəqillik Günü
arzu edirəm.
Səmimiyyətlə,
Cozef R.Bayden
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Azərbaycan.-2023.-
21 may.- S.1.