Azərbaycan mövqelərini möhkəmləndirmək üçün bütün zəruri addımları atır

 

Xəbər verildiyi kimi, mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hayastanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Tərəflər sülh sazişinin imzalanması dövlətlərarası münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər. Azərbaycan tərəfi növbəti dəfə bölgədə sülhün sabitliyin bərqərar edilməsində maraqlı olduğunu nümayiş etdirib.

Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Moskva görüşü Azərbaycanın uğurlarının dərki baxımından önəmlidir

 

Milli Məclisin deputatı Sahib Alıyev deyib ki, rəsmi Moskvanın bu danışıqların təşkilində heç böyük irəliləyişdə maraqlı olmadığı görüşdən əvvəl məlum idi: "Bu, Rusiyanın rəsmi təmsilçilərinin açıqlamalarından, eləcə Qarabağa göndərdikləri dələduz Vardanyanın sərsəmləmələrindən aydın görünürdü. Təsadüfi deyil ki, Sergey Lavrov Arlinqton danışıqlarını təşkil edən ABŞ-nin məqsədinin "rusları Ermənistandan qovmaq" olduğunu deyir, onun sözçüsü Mariya Zaxarova isə Brüssel danışıqlarında "heç bir konstruktiv real nəticə" əldə edilmədiyini vurğulayırdı. Görünür, Hayastanın baş nazirinin Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, nəhayət, konkret rəqəmlərlə təsdiqləməsini bunu Reykyavikdə təkrarlamasını xanım Zaxarova konstruktivlik saymır. Onda sual yaranır  ki,  bəs konstruktivlik nədir?! Konstruktivlik dələduz Vardanyana Qarabağdakı haydillilərin heç zaman Azərbaycanın tərkibində yaşamayacaqlarını, lazım gələrsə, hətta savaşacaqlarını dedirtməkdirmi?!"

Deputat bildirib ki, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi  qurulandan sonra yayılan videolardan da aydın görünür ki, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingenti qanunsuz silahlı birləşmələrin silah-sursatla təmin edilməsində əvvəlki rolunu davam etdirir: "Rusiya sülhməramlıları separatçıların Azərbaycan torpaqlarından çıxarılması əvəzinə güclənmələrinə çalışır. Bəlkə konstruktivlik budur?! Fikrimcə, rəsmi Moskvanın bu görüşü təşkil etməkdə məqsədi münasibətlərin normallaşmasına çalışmaq deyil, Azərbaycanla Hayastan arasında gedən danışıqları nəzarətdə saxladığını, hər vəchlə bu regionda öz mövcudluğunu qoruyacağını sərgiləməkdir. Ona görə bu görüşün əsl məqsədinin olduğunu nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın digər platformalarda qazandığı uğurun Moskva görüşündə təsdiqlənməsinin həzm etdirilməsinin özü elə növbəti uğur kimi qiymətləndirilməlidir. Bu danışıqlar Azərbaycanın indiyədək atdığı addımların dərəcədə dəqiq olmasının   bəzi dövlətlərin diplomatik tələlərini necə uğurla dəf etməsinin aydın dərki baxımından da çox önəmlidir".

Sahib Alıyevin sözlərinə görə, əgər Moskva istəsə, Azərbaycanla Hayastan arasında sülhün əldə edilməsinə böyük töhfə verə bilər: "Xatırlayırsınızsa, ABŞ-nin Dövlət katibi Entoni Blinken hər iki ölkədə etnik azlıqların hüquq təhlükəsizliklərinin təminatı məsələsindən bəhs etmişdi. Moskvanın Qərbi azərbaycanlıların tezliklə öz yurd yerlərinə qayıtmalarında,  ayrıca qüvvələrini orada yerləşdirməklə hüquq təhlükəsizliklərinin təminində mühüm rol oynamaq imkanı var. Belə olan halda Rusiyanın regionda laxlayan mövqeləri möhkəmlənərdi. Bu həm onun mənəvi borcudur. Nəzərə almaq lazımdır ki, vaxtilə azərbaycanlıların Hayastandan deportasiyası Moskvanın ya birbaşa tapşırığı, ya da icazəsi əsasında reallaşdırılmışdı. Heç kimə sirr deyil ki, bizə qarşı edilən bütün ədalətsizliklərin arxasında təkcə haylar durmur. Əgər Rusiya bu ədalətsizliyi aradan qaldırmaq istəsə, azərbaycanlılar onu heç zaman unutmaz. Fəqət Rusiya belə davranarmı?! Təəssüf ki, bu suala nikbin cavab vermək olmur".

 

Ötən hər gün Hayastan üçün daha böyük təhlükə vəd edir

 

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, geopolitik oyunçular arasında Azərbaycan-Hayastan münasibətlərinin tənzimlənməsi üçün vasitəçiliyi öz üzərinə götürmək uğrunda böyük rəqabət var: "Brüssel danışıqlarının ardınca Moskvada da görüşün təşkil edilməsi bunu təsdiqləyir. Özlərini məsələnin həllinə təsir göstərə biləcək əsas qüvvə kimi təqdim edən cinahlar artıq problemin həllindən çox özlərini təbliğlə məşğuldurlar. Ona görə danışıqlar nəticəsində heç bir irəliləyiş əldə olunmur. Vasitəçilərin niyyəti Azərbaycanla Hayastan münasibətlərinin normallaşdırılması üzərində qurulmayıb. Onlar sanki "mən topladım, mən müzakirə etdim, tərəflərə mənim təsirim daha çoxdur" demək üçün yarışa giriblər. Moskva görüşü bu niyyətli danışıqların davamıdır. Bunun nəticəsidir ki, görüşdə sadəcə ümumi sözlər deyilir, standart müzakirə aparılır".

Deputat qeyd edib ki, bəlkə Brüsseldən gözləmək doğru deyil, amma Moskvada problem birmənalı olaraq həll edilə bilər: "Müzakirələr Moskvada imzalanmış üçtərəfli Bəyanata əsaslanmalıdır bu mənada Rusiya öhdəliyini yerinə yetirməlidir. Mayın 19-da baş tutmuş təmaslardan da görünür ki, razılaşdırılmış məsələ yoxdur. Yalnız kommunikasiya xətlərinin açılması istiqamətində müəyyən addımlar atılsa da, bu da real deyil. Sülh müqaviləsinin  imzalanması ilə bağlı isə, ümumiyyətlə, heç bir yenilik yoxdur".

Fazil Mustafa vurğulayıb ki, Hayastanın guya sülh müqaviləsinin imzalanmasına toplumun hazır olmaması ilə bağlı fikri qabartması səhv yanaşmadır: "Cəmiyyət siyasi proseslərə vaxt hazır olur ki?! Bunu tənzimləmək siyasi liderlərin işidir. Vaxtı gələndə cəmiyyət dəyişiklikləri real vəziyyət kimi qəbul edir. Əgər cəmiyyətin öhdəsinə buraxılsa, problem heç 100 ilə həllini tapmaz. Lakin burada ötən hər gün Hayastan üçün daha təhlükəlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu müddətdə bölgədə mövqelərinin möhkəmlənməsi üçün bütün zəruri addımları atır".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 21 may.- S.5.