“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş
Ərəb Əmirlikləri Hökuməti arasında
diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin
giriş vizasından azad edilməsi haqqında” Anlaşma
Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar
notalar mübadiləsinin təsdiq edilməsi və “Azərbaycan
Respublikası Hökuməti və Birləşmiş Ərəb
Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara
malik olan şəxslərin giriş vizasından azad edilməsi
haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
1. “Azərbaycan
Respublikası Hökuməti və Birləşmiş Ərəb
Əmirlikləri Hökuməti arasında diplomatik və
xüsusi/xidməti pasportlara malik olan şəxslərin
giriş vizasından azad edilməsi haqqında” Anlaşma
Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar
2022-ci il dekabrın 28-də həyata keçirilmiş notalar
mübadiləsi təsdiq edilsin.
2. “Azərbaycan
Respublikası Hökuməti və Birləşmiş Ərəb
Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara
malik olan şəxslərin giriş vizasından azad edilməsi
haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 922)
adında və mətnində “diplomatik” sözü “ümumvətəndaş,
diplomatik və xüsusi/xidməti” sözləri ilə əvəz
edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 12 may 2023-cü il
Azərbaycan.-
2023.- 20 may.- S.2.