“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il
11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Elektroenergetika
haqqında” Azərbaycan
Respublikasının 2023-cü il 11 aprel tarixli
858-VIQ nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Elektroenergetika haqqında”
Azərbaycan Respublikası
Qanununun 1.1.8-ci, 1.1.38-ci, 1.1.59-cu maddələrində, 8.2-ci maddəsinin
ikinci cümləsində,
12.1.6-cı, 14.1.7-ci, 14.1.12-ci, 14.1.13-cü, 14.1.18-ci, 14.2.2-ci,
14.3.1-ci, 14.3.2-ci, 16.1.12-ci, 16.1.13-cü, 16.1.14-cü, 16.2.2-ci,
16.4.1-ci, 16.4.2-ci, 17.3-cü, 18.5.5-ci, 18.7-ci maddələrində,
19.16-cı maddəsinin ikinci
cümləsində, 20.3-cü, 23.2.12-ci,
26.7-ci, 29.5.2-ci, 33.1-ci, 36.3-cü, 37.1-ci, 37.4-cü, 38-ci,
41.2-ci, 42.2-ci, 42.3.2-ci, 42.3.5-ci, 42.3.6-cı, 42.5.1-ci (hər iki halda),
42.5.6-cı, 42.6-cı, 42.7-ci (hər üç halda) və 42.8-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
1.1.8-ci, 18.7-ci, 33.1-ci, 42.5.1-ci (ikinci halda) və 42.7-ci (birinci halda) maddələrində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;
1.3. həmin Qanunun
37.4-cü maddəsində nəzərdə
tutulmuş orqanın
(qurumun) səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
1.4. həmin Qanunun
1.1.38-ci, 1.1.59-cu, 14.1.7-ci, 17.3-cü, 29.5.2-ci və
37.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
.5. həmin Qanunun
42.2-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti və Azərbaycan Respublikasının Energetika
Nazirliyi nəzərdə
tutulur;
1.6. həmin Qanunun
8.2-ci maddəsinin ikinci
cümləsində, 12.1.6-cı,
14.1.12-ci, 14.1.13-cü, 14.1.18-ci, 14.2.2-ci, 14.3.1-ci, 14.3.2-ci,
16.1.12-ci, 16.1.13-cü, 16.1.14-cü, 16.2.2-ci, 16.4.1-ci, 16.4.2-ci,
18.5.5-ci maddələrində, 19.16-cı maddəsinin ikinci cümləsində, 20.3-cü, 23.2.12-ci, 26.7-ci,
36.3-cü, 38-ci, 41.2-ci, 42.3.2-ci, 42.3.6-cı, 42.5.1-ci (birinci halda), 42.7-ci (ikinci halda) və
42.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika
Nazirliyi nəzərdə
tutulur;
1.7. həmin Qanunun
42.3.5-ci və 42.5.6-cı maddələrində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
1.8. həmin Qanunun
42.6-cı və 42.7-ci (üçüncü
halda) maddələrində
“orqan (qurum)” dedikdə Enerji Məsələlərini Tənzimləmə
Agentliyi qismində Azərbaycan Respublikasının
Energetika Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. elektrik enerjisi
bazarı elementlərinin
mərhələli tətbiqi
ilə bağlı tədbirlər planının
layihəsini yeddi ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. altı ay müddətində:
2.2.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
“Elektroenergetika haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2.2. həmin Qanunun
37.4-cü maddəsinə uyğun
olaraq, elektrik şəbəkələrinin mühafizə
zonalarının ölçülərini
və həmin ərazilərdə təsərrüfat
işlərinin aparılmasına
dair tələbləri
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
2.2.3. həmin Qanunun
29.5.2-ci maddəsinə uyğun
olaraq, sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına
əsas verən müddəti müəyyən
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.2.4. aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin:
1. həmin Qanunun
1.1.38-ci maddəsinə uyğun
olaraq, elektrik şəbəkəsinə dair
qaydaları;
2. həmin Qanunun
1.1.59-cu maddəsinə uyğun
olaraq, sərbəst istehlakçılar üçün
illik elektrik enerjisi sərfiyyatının
həddini;
3. həmin Qanunun
14.1.7-ci maddəsinə uyğun
olaraq, elektrik gücü çatmadıqda,
sistemin dayanıqlılığını
təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq
edilməyən istehlakçıların
siyahısını;
4. həmin Qanunun
17.3-cü maddəsinə uyğun
olaraq, qapalı paylayıcı şəbəkələrin
fəaliyyət qaydalarını;
5. həmin Qanunun
37.1-ci maddəsinə uyğun
olaraq, mühafizəsi
təmin edilən mühüm əhəmiyyətli
elektroenergetika obyektlərinin
siyahısını;
2.3. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Energetika Nazirliyi:
3.1. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin:
3.1.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun
20.3-cü maddəsinə uyğun
olaraq, elektrik qurğularının quraşdırılması
qaydalarını;
3.1.2. həmin Qanunun
36.3-cü maddəsinə uyğun
olaraq, elektrik qurğularının istismarında
təhlükəsizlik texnikası
qaydalarını;
3.1.3. həmin Qanunun
36.3-cü maddəsinə uyğun
olaraq, elektrik qurğularının texniki
istismar qaydalarını;
3.1.4. həmin Qanunun
36.3-cü maddəsinə uyğun
olaraq, elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələbləri;
3.2. həmin Qanundan
irəli gələn digər məsələlərin
həlli üçün
zəruri tədbirlər
görsün.
4. “Elektroenergetika haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı:
.1. qəbul ediləcək
Azərbaycan Respublikası
Prezidentinin aktları,
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin
qüvvəyə mindiyi
tarixdən tez qüvvəyə minməsin;
4.2. qanunların və
normativ xarakterli aktların layihələri
hazırlanarkən həmin
Qanunun müvafiq maddələrinin qüvvəyəminmə
tarixi nəzərə
alınsın.
5. Bu Fərman
(bu Fərmanın
2.1-ci bəndi istisna olmaqla) 2024-cü il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 may 2023-cü il
Azərbaycan.- 2023.- 20 may.- S.2.