Günnüt əməliyyatı Vətən
müharibəsindən əvvəl
düşmənə edilən
ciddi xəbərdarlıq
idi
1990-cı illər xalqımızın
tarixində ağrılı-acılı
günlər kimi yadda qalsa da,
XXI əsr bu baxımdan Zəfər dolu anlarla müşahidə
olundu. Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqəti və qayğısı nəticəsində
ordumuzun maddi-texniki bazasının gücləndirilməsi
isə uğurlarımızı
şərtləndirən ən
başlıca amil oldu. Silahlı Qüvvələrdə həyata
keçirilən struktur
dəyişiklikləri, döyüş
əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması
Azərbaycan Ordusunu gücləndirdi. Bundan əlavə, yeni hərbi birləşmələrin
yaradılması, müasir
silahlar və texnika ilə təchizat ordumuzun hücum və müdafiə potensialını
yüksəltdi. Ölkəmizdə
orduya ayrılan vəsaitlərin həcmi isə hər il artırıldı. Bütün bu dəyişikliklər isə
silahlı qüvvələrimizi
regionun ən güclü və hazırlıqlı ordusuna
çevirdi.
2016-cı ildə uyğun
zaman və məkan amilini düzgün dəyərləndirən
Azərbaycan Ordusu ermənilərin növbəti
təxribatı zamanı
uğurlu döyüş
əməliyyatı həyata
keçirdi. Belə ki, Müzəffər Ali Baş Komandan,
İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına
başlayan ordumuz
2016-cı ilin Aprel döyüşləri nəticəsində
Lələtəpə yüksəkliyi
və ətraf əraziləri düşməndən
azad etdi. Dördgünlük döyüşlərin
növbəti mərhələsi
isə Naxçıvanda
uğurla davam etdirildi.
Ali Baş Komandanın əmrinə əsasən
verilən tapşırıq
Əlahiddə Ümumqoşun
Ordunun xüsusi təyinatlı bölmələri
tərəfindən reallaşdırıldı.
Onlar təyin olunmuş yerlərdən ərazinin kəşfiyyatını
apardı, eyni zamanda, düşmənin vəziyyətini qiymətləndirdi.
Planlı şəkildə
hazırlanmış və
kəşfiyyat məlumatlarına
əsaslanan əməliyyat
düşmənin olduğu
yüksəkliklərin və
ərazinin dəqiqliklə
incələnməsi nəticəsində
həyata keçirildi.
Ərazinin relyefini və minalanması ehtimalını nəzərə
alan hərbçilər
qarşıya qoyulmuş
məqsədə çatmaq
üçün zərgər
dəqiqliyi ilə hərəkət etdilər.
Aprel döyüşlərindən iki
il sonra mayın 20-si gecə vaxtı xüsusi hazırlıqlı bölmələrimiz
müxtəlif istiqamətlərdə
fəaliyyətə başladılar.
Nəticədə isə
bir neçə yüksəklik ələ
keçirildi. Daha sonra isə digər bölmələr
sol və sağ istiqamətdə irəliləyərək növbəti
yüksəkliyi və
Qızılqaya dağını
nəzarətə götürdülər.
Hərbçilərimiz isə
bütün ehtimalları
nəzərə alaraq
hücuma keçən
qüvvələrimizin müdafiəsini
güclü formada təşkil etmişdilər.
Yüksəkliklər sürətli
hücumla ələ keçirildiyi üçün
ermənilər bölmələrimizi
bir qədər sonra müşahidə etməyə başladı
və aldığımız
əraziləri geri qaytarmaq üçün əks-həmlə etdi. Əvvəlcədən əməliyyat
planı hazırlandığı
üçün düşmənin
hücumunun qarşısı
qətiyyətlə alındı
və iflasa uğradı. Strateji baxımdan əhəmiyyətli
olan bu yüksəkliklərin
tutulması Ermənistan
Ordusunun üzbəüz
mövqelərinin əhəmiyyətinin
azalmasına səbəb
oldu. Bu səbəbdən də düşmən mövqelərini
geri çəkmək
məcburiyyətində qaldı.
2018-ci ilin mayında
Əlahiddə Ümumqoşun
Ordunun uğurlu, dəqiq əməliyyatı,
xüsusi hazırlıqlı
hərbçilərimizin rəşadət
və peşəkarlığı
sayəsində 11 min hektardan çox ərazi və Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi,
Qızılqaya dağı,
Qaraqaya dağı düşməndən azad
edildi. Dərələyəz
mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Əməliyyat
ordumuza İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi
avtomobil yoluna nəzarət etməyə
imkan verdi. Qeyd olunan yollara
nəzarət isə
44 günlük Vətən
müharibəsi zamanı
ermənilərin hərəkətlərini
müşahidə edərək
lazımi tədbirlər
görməyə imkan
verdi.
İyirmi altı ildən sonra əzəli torpaqlarımızın geri
qaytarılması nəticəsində
bölmələrimiz ilkin
mövqelərindən dərinliyə
doğru irəliləyərək
daha əlverişli nöqtələrdə möhkəmləndilər.
İşğaldan azad
olunan və nəzarətə götürülən
ərazilərin müdafiəsi
bölmələrimizin manevr
qabiliyyətinin yüksəldilməsini
təmin etdi. Təminat-təxliyə məqsədilə
50 kilometrdən çox
yeni yol çəkildi. 60 kilometrdən
artıq yol isə bərpa olunaraq istifadəyə verildi. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə 2000-dən çox
piyada və tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirildi. 2018-ci ilin mayında nəzarətə götürülən
və azad olunan ərazilərdəki
yeni mövqelərimiz
ərazidə düşmənin
bütün hərəkələrini
müşahidə etməyə
və nəzarətdə
saxlamağa imkan verir. Beləliklə, Günnüt əməliyyatı
ilə dövlət sərhədi boyunca əlverişli mövqelər
Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
AZƏRTAC-ın müxbiri
Şərur rayonunun Günnüt kəndində
və ətraf strateji yüksəkliklərdə
aparılan döyüş
əməliyyatlarında qəhrəmanlıq
göstərən Əlahiddə
Ümumqoşun Ordunun
bir neçə hərbi qulluqçusu ilə həmsöhbət
olub.
Günnüt əməliyyatı ilə
bağlı fikirlərini
bölüşən hərbi
qulluqçu Rəvan Yunusov deyib ki,
2018-ci ilin mayında Günnüt kəndi və ətrafındakı
strateji əhəmiyyətli
yüksəkliklər Əlahiddə
Ümumqoşun Ordunun
keçirdiyi uğurlu
əməliyyat nəticəsində
işğaldan azad edildi: “Dəqiqliklə planlaşdırılmış əməliyyatın uğurlu
icrası bölmələrimizin
ilkin mövqelərindən
dərinliyə doğru
daha əlverişli ərazilərdə yerləşməsinə
imkan yaratdı. Mühəndis-istehkam bölmələri
tərəfindən azad
olunmuş ərazilərdə
minalardan təmizləmə
işləri aparıldı.
Belə ki, 2000-dən
çox piyada və tank əleyhinə
mina aşkarlanaraq zərərsizləşdirildi”.
Rəvan Yunusov qeyd edib
ki, təyin olunmuş vaxtda ərazinin hakim yüksəkliklərinə yiyələnməyimiz
düşməni qorxuya
salıb. Nəticədə
də onlar postlarını, mövqelərini
tərk etməyə məcbur olublar.
Günnüt əməliyyatının iştirakçısı,
hərbi qulluqçu Kamal Hüseynov bildirib ki, 2018-ci ilin may ayında
Əlahiddə Ümumqoşun
Ordu bu əməliyyatı
planlaşdırdı və
uğurlu şəkildə
həyata keçirdi.
“Hakim yüksəklikləri
qruplarımızın və
bölmələrimizin koordinasiyalı
şəkildə birgə
fəaliyyəti ilə
ələ keçirdik.
Döyüşün gedişində
ermənilər müqavimət
göstərərək bir
neçə dəfə
əks-hücuma keçdi.
Buna baxmayaq, düşmənin bütün
həmlələrinin qarşısı
layiqincə alındı
və onlara tutarlı cavab verildi”, - deyə Kamal Hüseynov vurğulayıb.
O əlavə edib ki, cəld hərəkət
edərək gecə vaxtı düşmənin
gözləmədiyi bir
anda yüksəkliklərdə
yerləşdik. Sürətli
əməliyyat düşmənin
canına qorxu saldı və sarsılmaz zərbə vurdu. Hakim yüksəklikləri
təmizləyərkən heç
bir itki vermədik. Əməliyyat
nəticəsində 11 min
hektar ərazi nəzarətimizə keçdi.
Əlahiddə Ümumqoşun Ordunun
hərbçisi mayor Əhməd Cəfərov
Günnüt əməliyyatını
belə xatırlayır:
“2018-ci ilin mayında növbəti düşmən
təxribatının qarşısını
almaq məqsədilə
bizim bölmələr
həyəcan siqnalı
ilə Günnüt kəndi ətrafındakı
strateji əhəmiyyətli
yüksəkliklərə çıxarıldı.
Ermənilərin qurduğu
istehkamlara və ərazinin minalı olmasına baxmayaraq, bölmələrimiz uğurlu
hücumla tapşırığı
müvəffəqiyyətlə yerinə yetirdilər”.
Ə.Cəfərov diqqətə çatdırıb
ki, Günnüt zəfəri dəqiq və planlı şəkildə həyata
keçirildi.
Günnüt əməliyyatının əhəmiyyətindən
danışan hərbi
qulluqçu Şahmar
Tağıyev deyib ki, bu döyüşlə
Naxçıvan Muxtar
Respublikasının ərazisində
Ermənistan-Azərbaycan qoşunlarının
təmas xəttinə
yaxın kəndlərdə
yaşayan dinc əhalinin təhlükəsizliyi
təmin edildi. Çünki Ermənistanın
hərbi təxribatları
yaxın ərazilərdə
yaşayan əhalinin təhlükəsizliyini ciddi
şəkildə təhdid
edirdi.
Bildirib ki, komandanlıq tərəfindən bölmələrimizin
qarşısında qoyulan
əsas tapşırıq
erməni hərbi birləşmələrinin atəş
nöqtələrini məhv
etmək, hakim yüksəklikləri ələ
keçirmək və
strateji əhəmiyyətli
mövqelərin azad olunaraq mühafizə edilməsi idi.
Əlahiddə Ümumqoşun Ordunun
zabiti leytenant Kamran İbrahimov qeyd edib ki,
düşmən təxribatı
nəticəsində 1992-ci ildə Şərur rayonunun Günnüt kəndi ermənilər tərəfindən işğal
olunub. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordunun bölmələrinə verilmiş
tapşırıq Şərur
rayonunun Günnüt kəndinin düşmən
tapdağından azad edilməsi idi. “Biz bu tapşırığı
aldıqdan sonra kəndin ətrafında ərazinin kəşfiyyatını
apardıq. Müəyyən
olundu ki, ərazi yüksək dağlara və əhəmiyyət kəsb
edən yüksəkliklərə
malikdir. Nəticədə
biz kiçik qruplar şəklində kəndin strateji mövqelərini ələ
keçirdikdən sonra
istehkam cəhətdən
orada bərkitmə işləri apardıq.
Ərazinin yüksəklikləri tutulduqdan
bir neçə gün sonra düşmən planlı
və hazırlıqlı
şəkildə hücuma
keçdi. Əvvəlcə
onlar şok atəşi ilə olduğumuz mövqelərə
zərbələr endirdilər.
Biz isə əvvəlcədən orada
istehkam işləri aparmışdıq. Bu səbəbdən də ermənilərin itirilmiş
əraziləri geri qaytarmaq üçün etdiyi cəhdlər uğursuzluqla nəticələndi.
Əlahiddə Ümumqoşun
Ordunun zabiti olaraq ilk uğurlu
əməliyyatımız Günnüt
zəfəri, ikincisi isə 2020-ci il sentyabrın 27-də başlayan
Vətən müharibəsi
oldu”, - deyə Kamran İbrahimov sözlərinə əlavə
edib.
“Günnüt əməliyyatı
Vətən müharibəsindən
əvvəl düşmənə
edilən ciddi xəbərdarlıq idi ki, Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad edə bilər. Lakin ermənilər bundan dərs çıxarmadı. Nəticədə
isə növbəti uğurlu əməliyyat -
Vətən müharibəsi
başladı. Hərbi
əməliyyatlar zamanı
Xocavənd rayonunun Hadrut qəsəbəsində,
Xocalının Qarabulaq
və Çanaqçı
yüksəkliyində, sonra
isə Şuşa şəhərində gedən
döyüşlərdə iştirak etdim.
Mən döyüş əməliyyatlarında
iştirakıma görə
“Döyüşdə fərqlənməyə
görə”, “Şücaətə
görə”, “Şuşanın
azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi
iştirakçısı” medalları ilə təltif edilmişəm”,
- deyə leytenant K.İbrahimov vurğulayıb.
Azərbaycan.-2023.- 21 may.- S.3.