Ürəkləri
böyük arzularla dolu gənclər
İlk dəfə
onları Türkiyədə
zəlzələdən zərərçəkənlərə
yardım kampaniyası
zamanı Bakı Əl Oyunları Sarayında görmüşdüm.
Çalışqanlıqları, davranışları, insanlarla
xoş ünsiyyət
qurmaq qabiliyyətləri
ilə tamamilə fərqlənirdilər. El yardımı
gətirənlərə xüsusi
diqqət və həssaslıqla yanaşan
bu iki gənc
həm də bir-birinə olan doğma münasibətləri
ilə də seçilirdilər. O zaman
Kamranla İmkanın doğma qardaş olduğunu zənn etmişdik.
Növbəti dəfə
bizi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat
və Humanitar kollecdə "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirdə
qarşılayan yenə
də Kamranla İmkan oldu. Öyrənirik ki, Kamran təhsil aldığı kollecin
Yaradıcılıq Mərkəzinin
rəhbəridir. Bu mərkəz tələbələrin
bilik və bacarıqlarının inkişaf
etdirilməsi, eləcə
də dünyagörüşünün
artırılması məqsədi
ilə yaradılıb.
İmkan isə dərs əlaçısıdır,
təhsil aldığı
humanitar kollecin ictimai fəalıdır. Hər iki gənc
Azərbaycan Könüllülər
İttifaqının üzvüdür.
Onlar məktəbdə
keçirilən tədbirin
də əsas təşkilatçılarıdırlar.
Söhbət zamanı
öyrəndik ki, Kamran Eyubov Bakı
şəhərində anadan
olub. Nərimanov rayonunda 178 nömrəli məktəbdə 9-cu sinfi
bitirdikdən sonra Bakı Dövlət Universitetinin nəzdində
İqtisadiyyat və Humanitar Kollecinə daxil olub. Hazırda
maliyyə ixtisası üzrə üçüncü
kursda oxuyur. Kamran deyir ki,
kiçik yaşlarından
ictimai işlərə
maraq göstərir:
"Valideynlərim məni
yeniyetmələrin yaradıcılıq
mərkəzində keçirilən
tədbirlərə aparırdılar.
Məktəbdə oxuduğum
müddətdə Uşaq
Gənclər İnkişaf
Mərkəzinin keçirdiyi
bütün tədbirlərdə
yaxından iştirak edirdim. Məktəbin 9-cu sinfini bitirdikdən sonra kollecə daxil olmaq qərarına
gəldim".
Kamran əlavə
edir ki, kollecə daxil olmaqda əsas məqsədim yaşıdlarımdan
daha tez ictimai həyata atılmaq olub. Çalışacağam ki,
tələbə həyatının
bütün mərhələlərindən
keçim. Qarşıda
kollecdən magistraturaya
qədər gedəcək
bir yol var.
Belə düşünürəm ki,
yaşıdlarım universitetin
birinci kursunda oxuyanda mən artıq onlardan tələbəlik təcrübəsi
daha çox fərqlənən biri olacağam. Bu, həm də mənim dünyagörüşümün
formalaşmasında və
bacarığımın inkişaf
etməsində istisna
rol alacaq.
Kamran bir yerdə dayanmağı sevmir. Daim axtarış və fəaliyyətdədir.
Hamı onu ictimai fəal kimi tanıyır. Abşeron Rayon İcra Hakimiyyəti yanında ictima şuranın könüllüsüdür. Gənclər
Fondu, eyni zamanda Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Ulu Öndər Heydər Əliyev "Azərbaycan
deyəndə…" gənclər
konfransında Abşeron
rayonunu təmsil edib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr etdiyi respublika ifa müsabiqəsində şeir
nominasiyası üzrə
ilk yerlərdən birini
tutub. İctimai fəaliyyətinə görə,
dəfələrlə fəxri
fərmanlara layiq görülüb. Gələcək
planlarından danışan
Kamran Eyubov deyir ki, ən böyük arzum layiqli vətandaş
olmaq, vətənimə
ləyaqətlə xidmət
etməkdir. Çalışıram
ki, ali təhsilimi Bakı
Dövlət Universitetinin
İqtisadiyyat fakültəsində
davam etdirim. İstəyirəm ki, YAP-a üzv
qəbul olaraq ölkəmizin ictimai-siyasi
həyatında daha yaxından iştirak edim.
Söhbətimizi Bakı
Dövlət Universitetinin
nəzdində İqtisadiyyat
və Humanitar kollecin digər tələbəsi İmkan
Bayramov ilə davam etdiririk. İmkan Quba rayonunun Zizik kəndində ziyalı ailəsində anadan olub. Kollecdə biliyi, bacarığı ilə seçilən ictimai fəallardandır. Təhsil aldığı
məktəbdə hamı
onu informasiya texnologiyası üzrə
mütəxəssis kimi
tanıyır. İctimai
fəaliyyəti ilə
seçilən İmkan
dəfələrlə təhsil
aldığı məktəb
tərəfindən xüsusi
sertifikata layiq görülüb. O, informasiya
texnologiyası üzrə
beynəlxalq sertifikat
da alıb.
İmkan deyir ki,
insan gərək biliyi, bacarığı ilə vətəninə,
dövlətinə xidmət
etsin: "Çalışıram
ki, dövlətimiz üçün
əsl vətandaş
olum. Valideynlərimin,
müəllimlərimin etimadını
doğruldum. Təkcə
valideynlərimin yox, həm də vətənimin oğlu ola
bilim. İnsan çalışanda arzularını
reallaşdıra bilir.
Sevinirəm ki, həyatda
ilk uğurlu debütümü
etmişəm. Mayın
11-də 7 saylı Bakı
"ASAN xidmət" mərkəzində
"Kiber cinəyatkarlığa
Qarşı Mübarizə"
adlı təlim toplantısı keçirdim".
İmkanın incəsənət
sahəsinə də böyük marağı
var. Bu yaxınlarda ADA Universitetindən
rəqslə bağlı
təklif alıb, orada keçirilən tədbirin fəal iştirakçısı olub.
Kolleci bitirdikdən sonra Bakı Dövlət Universitetinin İqtisadiyyat
fakültəsində təhsil
almaq niyyətindədir.
YAP-a üzv olmağı
da qərarlaşdırıb. İmkan fürsətdən
istifadə edib Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevə
gənclərə ayırdığı
diqqət üçün
təşəkkür etməyi
də unutmadı.
Ürəkləri arzularla
dolu gəncləri dinlədikcə Azərbaycanın
işıqlı sabahını
görüb sevinməmək
olmur. Onlar vətən üçün
çalışan layiqli
gənclərimizdir.
E.QƏNİYEV,
Azərbaycan.-2023.-
21 may.- S.7.