Peşəkar
insan ehtiyatı cəmiyyətin əsas güc qaynağıdır
Tarix boyu hər bir xalq
özünün xoşbəxt
gələcəyə olan
ümidlərini və
milli strategiyasını,
ilk növbədə gənc nəsillər üzərində qurur. Onların sağlam, milli ruhda yetişdirilməsi
hər bir ölkə üçün
prioritetdir. Odur ki, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın
təşəkkülündə fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.
Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
100-cü ildönümü münasibətilə Azərbaycanda
"Heydər Əliyev
İli" elan edilmişdir. Bu, dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı
istiqamətlərinin daha
dərindən araşdırılmasına,
zəngin irsinin əhatəli şəkildə
tədqiqinə geniş
imkanlar yaratmışdır.
Azərbaycan Respublikasının
bugünkü tərəqqisində,
beynəlxalq aləmdə
tanınmasında Ümummilli
Liderin əvəzsiz rolu olmuşdur. Dövlət başçısının
sərəncamında da
vurğulandığı kimi,
Heydər Əliyev Azərbaycan Respublikasının
suverenliyini, müstəqilliyini
və beynəlxalq aləmdə nüfuzunu gücləndirmiş böyük
şəxsiyyətdir: "Dövrünün ən nüfuzlu siyasətçiləri
ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir
simasının, xalqımızın
zəngin dəyərlərinin
tanıdılması və
ölkəmizin beynəlxalq
münasibətlər sistemində
layiqli mövqe qazanmasında müstəsna
rol oynamışdır.
Ermənistan-Azərbaycan münaqişəsinin
beynəlxalq hüququn
norma və prinsipləri əsasında
həlli Ulu Öndərin qarşıya
qoyduğu başlıca
vəzifə olmuş,
ölkəmizin bütün
resursları, xalqımızın
potensialı tarixi ədalətin bərpası
üçün səfərbər
edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini
qorumağa qadir olduğunu 44 günlük
Vətən müharibəsində
şanlı zəfər
qazanmaqla sübuta yetirmişdir".
Dahi şəxsiyyət
Heydər Əliyevin zəngin irsinin və peşə fəaliyyətinin əsas
tərkib hissələrindən
biri də elm, təhsil və gənclər siyasəti olmuşdur. 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli
Liderin rəhbərliyi
dövründə ölkə
gəncləri onun diqqət və qayğısını daim
öz üzərlərində
hiss ediblər.
1994-cü ildə böyük
rəhbərin sərəncamı
ilə Gənclər və İdman Nazirliyi yaradılıb.
1996-cı ildə Azərbaycan
gənclərinin 1-ci forumu
keçirilib. 1997-ci ildən
Prezidentin sərəncamı
ilə 2 fevral Azərbaycanda Gənclər
Günü kimi qeyd olunmağa başlanıb. Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə yüksək
nailiyyətlər əldə
edir, mötəbər
idman yarışlarında,
Olimpiya oyunlarında ölkəmizin şərəfini
qoruyaraq bayrağımızı
yüksəklərə qaldırırlar.
Azərbaycan gənci
daim döyüş meydanlarında, zəfərlərdə
böyümüş, inkişaf
etmişdir. Onlar böyük elmi ixtiraları, kəşfləri
ilə dünya sivilizasiyasına öz möhürlərini vurmuşlar.
Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi tarixi kökdən, gendən gələn milli-mənəvi dəyərlərimizi,
doğma ana dilimizi, ata-babalardan miras qalan adət-ənənələrimizi
göz bəbəyi kimi qoruyub yaşadır.
Azərbaycan tarixinin hər bir mərhələsində
aparıcı sosial-siyasi
qüvvəyə çevrilən
gənclər müstəqilliyin
qorunub saxlanması, möhkəmləndirilməsi və
dövlətçiliyin inkişaf
etdirilməsi prosesində
də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanırlar. Azərbaycan gəncləri öz həyatlarını qurarkən
öncə Vətəninin,
doğma yurdunun bu günü və gələcəyi haqqında düşünür,
öz fəaliyyətlərində
yüksək vətəndaşlıq
hisslərinə malik olduğunu nümayiş etdirirlər. Buna gənclərin yüksək
potensialı, əldə
etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri
tam imkan verir.
Ulu Öndər
Heydər Əliyev respublikamıza rəhbərliyə
gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi
diqqət yetirmiş, qayğı göstərmiş,
bu sahənin sürətli inkişafı
üçün mühüm
qərarlar vermişdir.
Bu diqqət və qayğı nəticəsində elmi-tədqiqat
institutlarının və
elmi işçilərin
sayı artmış,
Elmlər Akademiyasının
maddi-texniki bazası möhkəmlənmiş, elmi-tədqiqat
institutları üçün
yeni korpuslar tikilmiş, xüsusi təyinatlı layihə-konstruktor
büroları yaradılmışdır.
Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına
səy göstərilmiş,
elmi-tədqiqat işlərinin
səviyyəsi yüksəlmiş,
elmin tətbiq sahələri genişlənmiş,
elm adamlarına yaradıcılıq şəraiti
yaradılmış, görkəmli
alimlərin fəaliyyətləri
təqdir olunmuş, onlar mükafatlandırılmışlar.
Azərbaycan dili, ədəbiyyatı və
tarixi üzrə aparılan tədqiqatların
genişləndirilməsinə xüsusi fikir verilmişdir. Bir faktı qeyd edək ki, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının
sayı 118-ə, elmi işçilərin sayı
21407 nəfərə, akademik
və müxbir üzvlər 100 nəfərə,
elmlər doktorları
853, elmlər namizədlərinin
sayı 7594 nəfərə
çatmışdır.
Ulu Öndər
Heydər Əliyevin müdrikliklə müəyyən
etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə
Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Dövlət başçısı çıxışlarında
mütəmadi olaraq gənclərin ictimai-siyasi
və humanitar proseslərdə göstərdiyi
səyləri nəzərə
alaraq onları novator, yeniliyə can atan və
vətənpərvər insanlar
kimi dəyərləndirir.
Həqiqətən də,
dövlətin gənclər
üçün yaratdığı
geniş imkanlar onları cəmiyyətin avanqard qüvvəsinə
çevirir. Üstəlik,
gənc nəsil özünün intellektual
potensialı ilə Azərbaycanı beynəlxalq
müstəvidə daha
əzmlə təmsil
etmək üçün
qətiyyət göstərməkdədir.
Çox sevindirici
haldır ki, bu gün bizim
gənclik azad düşünür, demokratik
cəmiyyətdə yaşayır,
məhdudiyyətsiz olaraq
fəaliyyət göstərir.
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası"
uğurla icra olunur. Dövlətimiz qloballaşma əsrində
dünya elminə, təhsilinə inteqrasiyanı
vacib sayaraq azərbaycanlı gənclərin
xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd yeni düşüncəli,
kreativ ruhlu gənclik yetişdirmək,
dövlət idarəçiliyini
yüksəkixtisaslı kadrlarla
təmin etməkdir.
AMEA-nın akademik
Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun ölkədə
yüksəkixtisaslı elmi-pedaqoji
kadrların hazırlanmasında
xüsusi payı var. İnstitut ötən
onilliklərdə böyük
inkişaf yolu keçmiş, zəngin ənənələri olan
elm müəssisəsi
kimi tanınmışdır.
Çoxillik fəaliyyəti
dövründə Şərqşünaslıq
İnstitutu yalnız respublikamız üçün
deyil, qonşu Gürcüstan,
İran, Körfəz Ərəb
ölkələri, Mərkəzi
Asiya respublikaları və digər ölkələr üçün
də yüksəkixtisaslı
müəllim və elmi kadr hazırlığı
prosesini uğurla həyata keçirmişdir.
Bu gün institutumuzda Azərbaycan Respublikasının elm siyasətinin sistemli şəkildə həyata
keçirilməsində, səmərəli,
aktual və ölkəmiz üçün
əhəmiyyət kəsb
edən elmi tədqiqatların aparılmasında,
eyni zamanda gənc elmi kadrların hazırlanmasında
böyük işlər
görülür. Burada gənc əməkdaşların
püxtələşməsi, təcrübə toplaması
və inkişafı üçün böyük
imkanlar yaradılmışdır.
44 günlük Vətən
müharibəsində Azərbaycan
həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında
Şərqşünaslıq İnstitutunun əməkdaşları
da fəal iştirak etmişdir, vətənimizin haqlı mövqeyini əks etdirən bir çox elmi və publisistik məqalələr ərəb,
fars, türk, ingilis və rus dillərinə tərcümə olunaraq beynəlxalq kütləvi
informasiya vasitələrində
dərc edilmişdir. Vətən müharibəsi
dövründə institutun
əməkdaşları "BBC-Arabic", "Əl-Arabiyyə",
"Əl-Hurra", "Əl-Məyadin"
və digər ərəbdilli nüfuzlu media orqanlarına altmışdan çox müsahibələr vermiş,
Qarabağ münaqişəsi
ilə bağlı dövlətimizin maraqlarını
təmin edən zəruri məlumatları
geniş izləyici kütləsinə çatdırmışdır.
Həyatımızın sürətlə dəyişməsi,
inkişaf etməsi qarşımıza yeni tələblər və çağırışlar qoyur.
Biz qarşımızda
dayanan bütün vəzifələrin uğurlu
həllinə məsuliyyət
hissilə yanaşmaqla
bərabər, möhkəm
nizam-intizamla, o cümlədən
peşəkarlıq sayəsində
nail ola bilərik. Yüksəksəviyyəli
elmi kadrların hazırlanması, cəmiyyətdə
müəllim peşəsinin
nüfuzunun yüksəldilməsi,
bilik və bacarıqların, peşəkarlıq
səviyyələrinin yaxşılaşdırılması
və bütövlükdə
ölkəmizdə insan
kapitalının formalaşması
üçün əzmlə
çalışmalıyıq. Yalnız bu halda strateji hədəflərimizə, ali
məqsədlərimizə çata bilərik.
Elnur MUSTAFAYEV,
AMEA-nın akademik
Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər
Şurasının sədri
Azərbaycan.-2023.-
21 may.- S.7.