S.Q.Mərdəliyevin
Azərbaycan Respublikasının
Birləşmiş Millətlər
Təşkilatının Cenevrə
şəhərindəki bölməsi
və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsinin müavini
vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının
Birləşmiş Millətlər
Təşkilatının Cenevrə
şəhərindəki bölməsi
və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsinin müavini
vəzifəsindən geri
çağırılsın.
2. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 may 2023-cü il
Azərbaycan.- 2023.- 24 may.- S.2.