E.H.Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2023-cü il

 

Azərbaycan.- 2023.- 24 may.- S.2.