Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri S.A.Hacıyevin
iqamətgahı Nayrobi
şəhərində olmaqla,
eyni zamanda Azərbaycan Respublikasının
BMT-nin Nayrobi şəhərindəki bölməsində
daimi nümayəndəsi
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Ağami oğlu Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 may 2023-cü il
Azərbaycan.- 2023.- 24 may.- S.3.