“Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidməti kollegiyasının tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 17 aprel tarixli 2854 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidməti kollegiyasının
tərkibinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
17 aprel tarixli 2854 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 4, maddə 408) aşağıdakı
dəyişikliklər edilsin:
1. “Naxçıvan Muxtar
Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi” abzası ləğv edilsin.
2. “Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin rəisi” abzasından sonra aşağıdakı məzmunda
yeni abzaslar əlavə edilsin:
“Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya baş idarəsinin rəisi
Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin Naxçıvan
regional miqrasiya baş idarəsinin rəisi”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 may 2023-cü il
Azərbaycan.- 2023.- 24 may.- S.3.