Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də və 2010-cu il 26 yanvar tarixli 211 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının miqrasiya
orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 19
mart tarixli 560 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 3, maddə 239; 2008, ¹ 1, maddə 4, ¹ 3, maddə
168, ¹ 8, maddə 722, ¹ 11, maddə
970; 2009, ¹ 1, maddə 11, ¹ 4, maddə 221, ¹ 7, maddə
532, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə
193, ¹ 7, maddə 625; 2011, ¹ 2, maddə 85, ¹ 3, maddə
178, ¹ 11, maddə 994; 2012, ¹ 4, maddə 287; 2013, ¹ 2, maddə
121, ¹ 5, maddə 513, ¹ 9, maddə
1044, ¹ 12, maddə 1551; 2014, ¹ 9, maddə 1063; 2015, ¹ 2, maddə
119, ¹ 9, maddə 978; 2016, ¹ 5, maddə 868; 2017, ¹ 5, maddə
816; 2019, ¹ 5, maddə 836; 2022, ¹ 8, maddə 871) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 11-ci hissədən “, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti” sözləri çıxarılsın;
1.2. 17-ci hissənin birinci
cümləsindən “, Naxçıvan
Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisindən”
sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 26
yanvar tarixli 211 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 1, maddə 9; 2012, ¹ 4, maddə 288) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
miqrasiya orqanlarında
ali xüsusi rütbəli vəzifələrin
siyahısı”nın “Naxçıvan
Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – II dərəcəli dövlət
miqrasiya xidməti müşaviri” abzası ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 may 2023-cü il
Azərbaycan. - 2023.- 24 may.-
S.3.