Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23
fevral tarixli 1256 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 2, maddə 200, ¹ 6, maddə
1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə
1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr
915, 927, ¹ 7 (I kitab), maddə
1481, ¹ 8, maddə 1698, ¹ 11, maddələr
2242, 2289, ¹ 12 (I kitab), maddələr
2566, 2597; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 213, ¹ 3, maddə
426, ¹ 4, maddələr 620, 630, 649, ¹ 5, maddələr 819, 862; 2020, ¹ 3, maddələr
238, 240, ¹ 4, maddə 404, ¹ 7, maddələr 864, 885, ¹ 8, maddə
1041, ¹ 9, maddə 1153; 2021, ¹ 6 (I kitab), maddə 566, ¹ 7, maddələr 724, 728, ¹ 12, maddələr
1407, 1423; 2022, ¹ 4, maddələr 313, 323, ¹
8, maddə 896, ¹ 10, maddə
1146, ¹ 11, maddələr 1267, 1269, ¹ 12, maddələr 1414, 1462, 1464; 2023, ¹ 1, maddə 97, ¹ 2, maddə
226; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
30 mart tarixli 2079 nömrəli, 8 aprel tarixli 2087 nömrəli və 25 aprel tarixli 2120 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin Siyahısı”nın
8.0-cı bəndində “regional
miqrasiya idarələrinin
rəisləri, onların
müavinləri, həmin
idarələrin müvafiq
şöbələrinin (bölmələrinin)
rəisləri, baş
inspektorları, Naxçıvan
Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, onun müavini, həmin Xidmətin müvafiq şöbələrinin
(bölmələrinin) rəisləri,
baş” sözləri
“inspektorları, regional
miqrasiya baş idarələrinin (idarələrinin)
rəisləri, onların
müavinləri, həmin
baş idarələrin
idarə rəisləri,
onların müavinləri,
regional miqrasiya baş idarələrinin (idarələrinin) müvafiq
şöbələrinin (bölmələrinin)
rəisləri, baş
inspektorları,” sözləri
ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 may 2023-cü il
Azərbaycan.- 2023.- 24 may.- S.3.