Azərbaycan
Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti
ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi və
“Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16
fevral tarixli 386 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidmətinin fəaliyyətini
optimallaşdırmaq, həmçinin
əməyin mühafizəsi
və iş yerlərinin attestasiyasının
keçirilməsi sahəsində
idarəetməni təkmilləşdirmək
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
1.1. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidmətinin (bundan sonra – Xidmət) mərkəzi laboratoriyasının
əsasında Xidmətin
tabeliyində “Əməyin
Mühafizəsi Mərkəzi”
publik hüquqi şəxsi (bundan sonra – Mərkəz) iki ay müddətində
yaratsın və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Mərkəz işəgötürənlərə
əməyin mühafizəsi
və iş yerlərinin attestasiyası
sahələrində xidmətlər
göstərən, eləcə
də bu sahələrdə təlimlər
keçirilməsini, məsləhət
verilməsini və metodiki dəstəyi təmin edən publik hüquqi şəxsdir;
2.2. Mərkəzin təsisçisinin
“Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikası
Qanununun 8.2-ci maddəsində
qeyd edilən səlahiyyətlərini Mərkəzin
nizamnaməsinin təsdiq
olunması, nizamnamə
fondunun miqdarının
müəyyən edilməsi
və onlarda dəyişiklik edilməsi,
idarəetmə orqanlarının
yaradılması, strukturunun,
əməyin ödənişi
fondunun, işçilərin
say həddinin və onların əməkhaqlarının məbləğinin
(vəzifə maaşının,
vəzifə maaşına
əlavələrin, mükafatların
və digər ödənişlərin) təsdiqi,
habelə Mərkəzin
yenidən təşkili
və ləğvinə
münasibətdə Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər məsələlərə münasibətdə
isə Xidmət həyata keçirir;
2.3. Mərkəzin saxlanma
xərcləri və fəaliyyəti aşağıdakı
mənbələrdən maliyyələşdirilir:
2.3.1. Dövlət Əməyin
Mühafizəsi Fondundan
ayırmalar;
2.3.2. fəaliyyətindən əldə edilən gəlir;
2.3.3. qanunla qadağan
olunmayan digər mənbələr.
3. “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16
fevral tarixli 386 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 2, maddə 90, ¹ 7, maddə
625, ¹ 11, maddə 996; 2012, ¹ 9, maddə 853, ¹ 11, maddə
1084; 2013, ¹ 2, maddə 124, ¹ 12, maddə 1525; 2014, ¹ 7, maddə
789, ¹ 9, maddə 1053; 2015, ¹ 1, maddə 17, ¹ 3, maddələr
263, 264, ¹ 6, maddə 705, ¹ 8, maddə 908, ¹ 10, maddə
1134; 2016, ¹ 3, maddə 437, ¹ 5, maddə 859, ¹ 6, maddələr
1051, 1072; 2017, ¹ 9, maddə 1633; 2018, ¹ 3, maddə 433, ¹ 6, maddə
1245; 2019, ¹ 1, maddə 73, ¹ 2, maddə 245, ¹ 5, maddə
845, ¹ 6, maddə 1036, ¹ 7, maddə
1232, ¹ 8, maddə 1397, ¹ 11, maddə
1718, ¹ 12, maddə 1935; 2020, ¹ 3, maddə 247, ¹ 6, maddə
717, ¹ 8, maddə 1036; 2021, ¹ 4, maddə 318, ¹ 8, maddə
922, ¹ 12, maddə 1403; 2022, ¹ 7, maddə 762, ¹ 8, maddə
871, ¹ 11, maddə 1261; Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 15 mart tarixli 2066 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 7-ci hissədə “110” rəqəmləri “107” rəqəmləri
ilə, “260” rəqəmləri
“257” rəqəmləri ilə
əvəz edilsin və həmin hissədən “(Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə)” sözləri
çıxarılsın;
3.2. həmin Fərmanla
təsdiq edilmiş “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidməti haqqında Əsasnamə” üzrə:
3.2.1. 4.1.3-cü yarımbənddə
“əməyin mühafizəsi
üzrə stasionar və səyyar laboratoriyaları” sözləri
“tabeliyində olan qurumlar” sözləri ilə əvəz edilsin;
3.2.2. 5.1-ci bənddən “, əməyin mühafizəsi
üzrə stasionar və səyyar laboratoriyalar” sözləri
çıxarılsın və
həmin bəndə “(bundan sonra
– yerli orqanlar)” sözlərindən sonra
“, tabeliyində olan qurumlar” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 may 2023-cü il
Azərbaycan.- 2023.- 24 may.- S.2.