İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında  Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 364; 2005, ¹ 6, maddə 466; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 10, maddə 938; 2011, ¹ 3, maddə 162; 2012, ¹ 11, maddə 1051; 2017, ¹ 3, maddə 345; 2019, ¹ 12, maddə 1881; 2020, ¹ 3, maddə 225, ¹ 6, maddə 671; 2021, ¹ 12, maddə 1345; 2022, ¹ 7, maddə 693; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 810-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin birinci hissəsinin iyirmi doqquzuncu abzasındaişçi heyəti, texnoloji resursları sözləriprovayderə, onun işçi heyətinə, texnoloji resurslarına fəaliyyətsözləri ilə əvəz edilsin.

2. 20-2.2-ci maddədəmeyarlarısözüsiyahısısözü ilə, “müəyyən edilirsözlərisəlahiyyətli orqanın təklifləri əsasında təsdiq edilirsözləri ilə əvəz edilsin həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

İnformasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin informasiya-kommunikasiya şəbəkələrinin sahibləri (istifadəçiləri) kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən sorğu edilən məlumatları həmin orqana 30 gün müddətində təqdim etməlidirlər.”.

3. 20-3-cü maddə üzrə:

3.1. 20-3.2-ci maddənin birinci cümləsindəyerləşdirilirsözüyerləşdirilməsi təmin edilirsözləri ilə əvəz edilsin həmin maddənin ikinci cümləsi çıxarılsın;

3.2. 20-3.3-cü maddədəməlumatısözüməlumatınsözü ilə, “yerləşdirirsözüyerləşdirilməsini təmin edirsözləri ilə əvəz edilsin;

3.3. aşağıdakı məzmunda 20-3.5-ci maddə əlavə edilsin:

“20-3.5. Kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi onun səlahiyyətli nümayəndəsi, eləcə provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.”.

4. 20-4-cü maddə üzrə:

4.1. 20-4.2-ci maddədəyerləşdirilirsözüyerləşdirilməsi təmin edilirsözləri ilə əvəz edilsin;

4.2. 20-4.4-cü maddənin mətni ikinci cümlə hesab edilsin həmin maddəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.”.

5. 20-5.3.3-cü 20-5.3.5-ci maddələrdənboşluqları sözləri çıxarılsın.

6. 20-6.4-cü maddəyətələblərəsözündən sonradövlət qurumu olmayansözləri əlavə edilsin.

7. 20-6.8-ci maddədəmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözlərisəlahiyyətli orqanasözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

akı şəhəri, 11 aprel 2023-cü il

 

Azərbaycan. - 2023.- 24 may.- S.3.