Şərqi
Zəngəzur İqtisadi
Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin Müşahidə Şurasının
tərkibinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Şərqi Zəngəzur
İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti"
publik hüquqi şəxsin Müşahidə
Şurasının aşağıdakı
tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Məsim Məmmədov
- Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Laçın
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri
Elnur Əliyev
- Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin birinci müavini
Sarvan Cəfərov
- Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini
Namiq Hümmətov
- Azərbaycan Respublikası
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova
- Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyi sədrinin müavini.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may
2023-cü il
Azərbaycan.- 2023.- 27 may.- S.2.