Zəngilan rayonunda
Horadiz-Zəngilan avtomobil
yolunun əsaslı təmiri ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Zəngilan
rayonunun ərazisində
61 km uzunluğunda mövcud Horadiz-Zəngilan
avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün
Azərbaycan Respublikasının
2023-cü il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon (otuz bir milyon
dörd yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 may 2023-cü il
Azərbaycan.- 2023.- 27 may.- S.2.