Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti public hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Şərqi Zəngəzur
İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti"
publik hüquqi şəxs yaradılsın.
2. "Şərqi Zəngəzur
İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
Nizamnaməsi" təsdiq
edilsin (əlavə olunur).
3. Müəyyən edilsin
ki:
3.1. Şərqi Zəngəzur
İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
(bundan sonra - Xidmət) Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə
əlaqədar çoxmənzilli
binaların və fərdi yaşayış
evlərinin tikintisinin
təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların
idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma,
yaşıllaşdırma və
mənzil-kommunal təsərrüfatı
sahələrində fəaliyyət
göstərən publik
hüquqi şəxsdir;
3.2. Xidmətin fəaliyyətinə
ümumi rəhbərliyi
və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla
5 (beş) üzvdən
ibarət Müşahidə
Şurası yaradılır;
3.3. Xidmətin fəaliyyətinə
cari rəhbərliyi Xidmətin Müşahidə
Şurasının vəzifəyə
təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
3.4. Xidmətin nizamnamə
fondu 500 000 (beş yüz
min) manatdır və dövlət büdcəsinin
vəsaiti hesabına formalaşır;
3.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət
büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına
maliyyələşir.
4. Xidmətin təsisçisinin
səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakılara
həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının
Prezidentinə:
4.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi,
onların dəyişdirilməsi;
4.1.2. idarəetmə orqanlarının
yaradılması;
4.1.3. Müşahidə Şurası
sədrinin və digər üzvlərinin vəzifəyə təyin
və vəzifədən
azad edilməsi;
4.1.4. Xidmətin yenidən təşkili və ləğvi;
4.1.5. "Publik hüquqi şəxslər
haqqında" Azərbaycan
Respublikası Qanununun
3.3-cü maddəsində nəzərdə
tutulmuş qərarın
qəbul edilməsi;
4.2. Xidmətə:
4.2.1. Xidmətin strukturunun, əməyin ödənişi
fondunun, işçilərinin
say həddinin və onların əməkhaqlarının
(vəzifə maaşının,
vəzifə maaşına
əlavələrin, mükafatların
və digər ödənişlərin) məbləğinin
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiqi;
4.2.2. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi
şəxslər haqqında"
Azərbaycan Respublikası
Qanununun 8.2-ci maddəsində
publik hüquqi şəxsin təsisçisinin
səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
5.1. Xidmət "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına
alındığı gündən
bir ay müddətində
Xidmətin nəqliyyat
vasitələri ilə
təmin olunması və maddi-texniki təminatı məsələlərinin
həlli üçün
zəruri tədbirlər
görüb Azərbaycan
Respublikasının Prezidentinə
məlumat versin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
6. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi:
6.1. bu Fərmanın 3.4-cü
bəndində nəzərdə
tutulan maliyyələşməni
təmin etsin;
6.2. Xidmətin saxlanılması
və fəaliyyəti
üçün tələb
olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində
nəzərdə tutsun.
7. Xidmət:
7.1. Xidmətin dövlət qeydiyyatına alınması
üçün bu Fərman qüvvəyə
mindiyi tarixdən 3 (üç) gün müddətində "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə
müraciət etsin;
7.2. Xidmət dövlət qeydiyyatına alındıqdan
sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini
və onların əməkhaqlarının (vəzifə
maaşının, vəzifə
maaşına əlavələrin,
mükafatların və
digər ödənişlərin)
məbləğini Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
bir ay müddətində
təsdiq etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələlərin
həlli üçün
zəruri tədbirlər
görsün.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 may 2023-cü il
Azərbaycan.- 2023.- 27 may.- S.2.