Azərbaycan Respublikası Dövlət
Mülki Aviasiya Administrasiyasının tabeliyində
Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi
üzrə Dövlət
Müfəttişliyi publik
hüquqi şəxsin
yaradılması ilə
bağlı tədbirlər
haqqında Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 2 fevral tarixli 1223 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası
Dövlət Mülki
Aviasiya Administrasiyasının
tabeliyində "Mülki
Aviasiyada Uçuşların
Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi"
publik hüquqi şəxsin yaradılması
ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 2 fevral
tarixli 1223 nömrəli
Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, № 2, maddə
167) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında "Dövlət Mülki Aviasiya Administrasiyasının"
sözləri "Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin" sözləri
ilə əvəz edilsin.
2. 2.1-ci bənddə
"Dövlət Mülki
Aviasiya Administrasiyası"
sözləri "Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi" sözləri
ilə əvəz edilsin.
3. 5-ci hissədə
"Dövlət Mülki
Aviasiya Administrasiyası"
sözləri "Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 may 2023-cü il
Azərbaycan.- 2023.- 27 may.- S.2.