"Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin hərtərəfli
inkişafı davam etdiriləcək"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 28-də
Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlətimizin başçısı
Rəcəb Tayyib Ərdoğanı prezident
seçkilərində əldə
etdiyi qələbə
münasibətilə təbrik
edib.
Prezident İlham
Əliyev bu qələbəni Türkiyə
xalqının Rəcəb
Tayyib Ərdoğanın
həyata keçirdiyi
siyasətə göstərdiyi
etimad kimi dəyərləndirərək, əmin oduğunu bildirib ki, Rəcəb
Tayyib Ərdoğanın
liderliyi ilə növbəti illərdə
də Türkiyənin
hərtərəfli inkişafı
davam etdiriləcək.
Dövlətimizin başçısı
Rəcəb Tayyib Ərdoğana Türkiyə
xalqının firavanlığı
və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni
uğurlar arzulayıb.
Türkiyə Prezidenti
təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik
Günü münasibətilə
təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti
təbrikə görə
təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi
səfərə dəvət
edib.
Dəvət minnətdarlıqla
qəbul edilib.
Dövlət başçıları
ölkələrimiz arasında
dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə
bundan sonra da uğurla inkişaf edəcəyinə
bir daha əminliklərini bildiriblər.
Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan.-2023.- 31 may.- S.1.