Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə Prezidentini və xanımını təbrik edib
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində
əldə etdiyi qələbə ilə bağlı paylaşım
edib.
“Cənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.
Azərbaycan.-2023.- 31 may.- S.1.