Prezident İlham Əliyev Laçın şəhərində
Heydər Əliyev, Zəfər və 28 May küçələrinin
kəsişməsində lövhələrin
açılışını edib
Laçın şəhərinin yeni siması müstəqilliyimizin
nə qədər güclü olduğunu bir daha göstərir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 28-də
Laçın şəhərində
Heydər Əliyev, Zəfər və 28 May küçələrinin
kəsişməsində istiqamət
bildirən lövhələrin
açılışını edib.
AZƏRTAC xəbər verir ki, Prezidentin
Laçın rayonunda
xüsusi nümayəndəsi
Məsim Məmmədov
dövlətimizin başçısına
küçələrdə görüləcək işlər
barədə məlumat
verdi.
Bildirildi ki, Laçın şəhərində
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan
küçənin uzunluğu
6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində
şanlı Qələbənin
şərəfinə adlandırılan
Zəfər küçəsinin
uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.
Qeyd edildi ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə
ən müasir infrastruktur yaradılacaq.
Prezident İlham
Əliyevə, həmçinin
Laçın şəhərində
görülən işlər
və Heydər Əliyev küçəsinin
yenidənqurma konsepti barədə məlumat verildi.
Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürdü.
Azərbaycan.-2023.- 31 may.- S.2.