Laçın
şəhərində Xosrov
bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində
lövhələrin açılışı
olub
Laçın şəhərinin yeni siması müstəqilliyimizin
nə qədər güclü olduğunu bir daha göstərir
Mayın 28-də Laçın
şəhərində Xosrov
bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində
istiqamət bildirən
lövhələrin açılışı
olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına
küçələrdə görüləcək işlər
barədə məlumat
verildi.
Bildirildi ki, Xosrov bəy Sultanov küçəsinin
uzunluğu 1329 metr, eni 12 metr olacaq.
Zəngəzur küçəsinin
uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək.
Qeyd edildi ki, küçələrdə
aparılacaq yenidənqurma
işlərindən sonra
burada zəruri infrastruktur yaradılacaq.
Dövlətimizin başçısı
küçələrin adlarının
yazıldığı lövhələrin
üzərindən örtüyü
götürdü.
Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kotteclərə baxdı.
Azərbaycan.-2023.- 31 may.- S.2.