Prezident
İlham Əliyev Laçında 1 Dekabr küçəsində lövhənin
açılışını edib, bərpa olunmuş evlə tanış olub
Laçın şəhərinin yeni siması müstəqilliyimizin
nə qədər güclü olduğunu bir daha göstərir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 28-də
Laçın şəhərində
“1 Dekabr” adı verilmiş küçədə
lövhənin açılışını
edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısına küçədə
görüləcək işlər
və yaradılacaq şərait barədə
məlumat verildi.
Bildirildi ki, 1 Dekabr küçəsi şəhərin diplomatik
yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlandırılıb.
Küçənin uzunluğu
1566 metr, eni isə 10 metr təşkil edir.
Prezident İlham
Əliyev küçənin
adının yazıldığı
lövhənin üzərindən
örtüyü götürdü.
Sonra dövlətimizin başçısı küçədə yerləşən və bərpa edilmiş yaşayış evində yaradılan şəraitlə tanış oldu.
Azərbaycan.-2023.- 31 may.- S.2.