Prezident
İlham Əliyevə
Laçın şəhərinin
Baş planı təqdim olunub
Laçın şəhərinin yeni siması müstəqilliyimizin
nə qədər güclü olduğunu bir daha göstərir
Mayın 28-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
Laçın şəhərinin
Baş planı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri Anar Quliyev Prezident İlham Əliyevə Baş planda nəzərdə tutulan tədbirlər və plana əsasən görülən işlər
barədə məlumat
verdi.
Bildirildi ki, Baş plan Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sifarişi əsasında
Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq
məsləhətçi şəhərsalma
qrupu - İsveçrənin
“SA Partners” şirkətinin iştirakı ilə hazırlanıb.
Şirkətin həmtəsisçisi
və tərəfdaşı
Dunya Kovari-Binggeli bildirdi ki, Laçının
özünəməxsus füsunkar
təbiəti və rəngarəng landşaftı
şəhərin turizm
məkanı kimi inkişaf etdirilməsinə,
fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait
yaradacaq. Beynəlxalq hava limanının yaxınlığında, beynəlxalq
və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində
yerləşdiyi üçün
şəhər regiona
giriş qapısı
funksiyasını daşımaqla
çoxşaxəli inkişaf
istiqamətlərinə malik
olacaq. Laçın şəhərinin mövcud
planlaşdırma strukturunun
saxlanılması və
bərpası, o cümlədən
yeni yaşayış
ərazilərinin inkişaf
etdirilməsi əsas hədəf götürülməklə
zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər
ərazisinin genişlənərək
713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.
Diqqətə çatdırıldı
ki, Baş planın konseptual əsasını “Təbiətlə
vəhdətdə olan
şəhər” yanaşması
təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin
formalaşdırılması, iqtisadi şaxələndirmənin
təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi,
yaşıl enerji mənbələrindən və
müasir texniki infrastruktur texnologiyalarından
istifadə, həmçinin
şəhər xidmətlərinə
piyada əlçatanlığının
artırılması daxildir.
Plana əsasən, Laçın şəhəri
“ağıllı idarəetmə”,
müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək.
Qeyd olundu ki, Baş plan
layihəsində təbii
yaşıllıqlarla əhatələnmiş
şəhərin tarixən
mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində
həyətyanı sahəsi
olan fərdi evlərə üstünlük
verilib. Bununla yanaşı, çoxfunksiyalı
zonalarda və digər yaşayış
ərazilərində çoxmənzilli
binaların tikilməsi
təklif edilir. Şəhərdə xəstəxana,
İşğal və
Zəfər muzeylərinin
yerləşəcəyi Memorial
Park, məktəbəqədər və tam orta
təhsil müəssisələri,
peşə məktəbi,
həmçinin mədəniyyət
və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada
tətbiq edilmiş
“15 dəqiqəlik şəhər”
prinsipi isə yaşayış məhəllələrinin,
gündəlik tələbat
obyektlərinin yaxın
məsafədə olmasını
və aşağı
sürətli yol infrastrukturunun təşkilini
nəzərdə tutaraq
sakinlərin və qonaqların şəhər
daxilində rahat hərəkətini təmin
edəcək.
Əhalinin məşğulluğunun
təşkili rayonun tarixi ənənələrinə
əsaslanır. Belə
ki, yaxın gələcəkdə burada
ekoloji və səmərəli kənd
təsərrüfatı, tikinti,
yüngül və qida sənayesi, balıqçılıq, tingçilik
və digər sosial xidmət sahələrinin inkişafı
nəzərdə tutulur.
Xatırladaq ki, ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq yerli ənənələrə, müasir yanaşmalara əsaslanan və Laçın şəhərinin özünəməxsus simasının formalaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata keçiriləcək.
Azərbaycan.-2023.- 31 may.- S.6.