Laçın şəhərində
ilk çoxmənzilli
yaşayış məhəlləsinin
təməli qoyulub
Laçın şəhərinin
yeni siması müstəqilliyimizin nə
qədər güclü
olduğunu bir daha göstərir
Mayın
28-də Laçın şəhərində
ilk çoxmənzilli
yaşayış məhəlləsinin
təməli qoyulub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin
başçısına yaşayış
məhəlləsi barədə
məlumat verildi.
Bildirildi ki, layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin relyefi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.
Diqqətə
çatdırıldı ki,
yaşayış binaları
üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı
126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə
tutulub. Məhəllədə
1630 nəfərin yaşaması
planlaşdırılıb.
Məlumat
verildi ki, ərazidəki idman sağlamlıq mərkəzində
müxtəlif idman növləri üzrə və üzgüçülük
hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr
yaradılacaq.
Eyni zamanda, yaşayış məhəlləsində ticarət
obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması
nəzərdə tutulur.
Dövlətimizin
başçısı yaşayış
məhəlləsinin təməlini
qoydu.
X X X
Prezident
İlham Əliyev, həmçinin son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış oldu.
Qeyd edək ki, ölkəmizin hər bir guşəsində yaradılan, ən müasir avadanlıqla təchiz edilən bu cür idman infrastrukturu gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqla yanaşı, əhalinin sağlam həyat tərzi keçirməsinə də hərtərəfli töhfə verir
Azərbaycan.-2023.-
31 may.- S.7.