Laçın
rayonunda Şərqi Qafqaz turları və şahin quşları təbiətə,
müxtəlif növ
balıqlar Həkəri
çayına buraxılıb
Laçın şəhərinin yeni siması müstəqilliyimizin
nə qədər güclü olduğunu bir daha göstərir
Mayın 28-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev ölkəmizdə reintroduksiya
layihələrinin həyata
keçirilməsi çərçivəsində
Laçın rayonunun
ərazisində Şərqi
Qafqaz turlarının
və şahin quşlarının təbiətə,
həmçinin işğaldan
azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən
artıq çəki,
qızılbalıq və
qızılxallı forelin
Həkəri çayına
buraxılması mərasimində
iştirak edib.
AZƏRTAC xəbər verir ki, ekologiya
və təbii sərvətlər naziri Muxtar Babayev dövlətimizin başçısına
görülən işlər
barədə məlumat
verdi.
Əvvəlcə Prezident
İlham Əliyevin iştirakı ilə ölkə ərazisində
reintroduksiya layihələrinin
həyata keçirilməsi
çərçivəsində rayonun ərazisinə boyunlarına xüsusi siqnalötürücü xaltalar
bağlanmış Şərqi
Qafqaz turları və şahin quşları təbiətə
buraxıldı.
Məlumat verildi
ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük
Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr
hündürlükdə yaşayan
bu heyvanların sayı ölkəmizdə
7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı
mövsümdən və
yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik
Qafqaz dağlarında
yaşasalar da, sonradan həmin ərazidə nəsli tükənib.
Həmçinin qeyd
olundu ki, adı “Qırmızı kitab”a düşən
şahin quşları
Qətərdən Azərbaycana
gətirilib. Bundan əvvəl də 200-dək
şahin quşu Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin və Qətər Dövlətinin
Proqramı çərçivəsində
ölkəmizin bioloji
müxtəlifliyinin inkişafına
dəstək məqsədilə
Xızı, Siyəzən
və Şabran rayonları ərazisində
vəhşi təbiətə
buraxılıb.
Dövlətimizin başçısına
xatirə hədiyyəsi
təqdim olundu.
Bildirildi ki, Laçın rayonu işğaldan azad olunduqdan sonra 2022-ci il sentyabrın 5-8-də rayon ərazisində monitorinq aparılıb. Monitorinq zamanı Laçın şəhəri
ərazisində 10 müxtəlif
yerdə ümumilikdə
13 hektar yaşıllıq
sahəsinin, Laçın
yolu adlandırılan
ərazidə isə
448,8 hektar meşə
sahəsinin yandırılması
faktı müəyyən
edilib. Yaşıllıq
sahəsinin yandırılması
nəticəsində müxtəlif
növ 7135 ağacın,
sıx örtülü
meşə sahəsinin
məhv edildiyi aşkarlanıb.
Prezident İlham
Əliyev işğaldan
azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən
artıq çəki,
qızılbalıq və
qızılxallı forelin
Həkəri çayına
buraxılması mərasimində
də iştirak etdi.
Dövlətimizin başçısına
nadir və həssas növlərin artırılması və
populyasiyalarının bərpası
istiqamətində otuz
ildən sonra ilk dəfə Qarabağda və Şərqi Zəngəzurda
fauna və flora növlərinin tədqiqi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qırmızı kitab”ın üçüncü
nəşri ilə bağlı görülmüş
işlər və perspektivlər barədə
məlumat verildi.
Qeyd olundu ki, işğaldan azad edilmiş ərazilərdə ötən
dövrdə fauna növlərindən 33 baş
ceyran öz tarixi areallarına qaytarılıb. Otuz ilə yaxın işğal dövründə
ekoloji tarazlığın
pozulması, regiona xas növlərin yaşama yerlərinin fraqmentləşməsi kimi
mənfi halların aradan qaldırılması
üçün təbii
bərpa prosesinə dəstək tədbirləri
davam etdiriləcək.
Bildirildi ki, işğal dövründə
tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən
qurularaq modernləşdirilib.
Ərazidən axan əsas çaylar üzərində 11 avtomat
hidroloji, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5
avtomat meteoroloji, Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji, həmçinin
transsərhəd ərazilərdə
radiasiya fonunun nəzarətdə saxlanılması
məqsədilə avtomat
radioekoloji stansiyalar quraşdırılıb.
Bununla yanaşı,
işğaldan azad edilmiş ərazilərdə
formalaşan bərk məişət tullantılarının
idarə olunması istiqamətində görülən
işlər barədə
də məlumat verildi. Bu ərazilərdə
tullantıların müasir
standartlara uyğun idarə olunması üçün xüsusi
təyinatlı texnika
və avadanlıqların
alındığı və
Regional Strategiyanın hazırlandığı
diqqətə çatdırıldı.
x x x
Sonra Prezident İlham Əliyev istirahət üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış oldu.
Azərbaycan.-2023.- 31 may.- S.7.