Rəsmi qarşılanma mərasimi

 

Tarixi səfər

 

İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.

"AZƏRTAC"  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu birinci xanım Mixal Hersoqu qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.

Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İsrail Dövlətinin Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail Prezidenti İsxak Hersoqa xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə birinci xanım Mehriban Əliyevaya təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoqun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 

Azərbaycan.-2023.- 31 may.- S.8.