Azərbaycan
və İsrail prezidentlərinin geniş tərkibdə görüşü
keçirilib
Tarixi səfər
Mayın 30-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib.
Görüşdə çıxış edən
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Cənab Prezident,
hörmətli nümayəndə
heyətinin üzvləri,
Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul
etmək imkanına malik olduğumuza görə çox şadıq. Əminəm
ki, səfər ölkələrimiz arasında
dostluq münasibətlərinin
inkişafına böyük
təkan verəcək.
Elə indicə cənab Prezidentlə ikitərəfli gündəliyimiz
və regional məsələlərlə bağlı
çox yaxşı müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərinin
iştirakı ilə
görüşdə, bu
gün və sabah davam edəcək
səfəriniz çərçivəsində
təmaslarda geniş diapazonlu məsələlər
müzakirə olunacaq.
Biz səfərdən
sonra müsbət dinamikanı görəcəyik.
Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı
istiqamətlər, ticarət,
enerji, təhlükəsizlik
sahələri üzrə
artıq çoxlu işlər görmüşük.
Lakin hələ çoxlu işlər görülməlidir. Əlbəttə
ki, biz Sizin
Azərbaycana səfərinizi
tarixi səfər hesab edirik. Dəvətimi
qəbul etdiyiniz üçün təşəkkür
edirəm. Ümid edirəm ki, ölkəmizdə yaxşı
vaxt keçirəcəksiniz.
Sizə Azərbaycanda
yaxşı vaxt keçirməyi arzulayıram.
x x x
İsrail Prezidenti
İsxak Hersoq çıxış edərək
dedi:
-Çox
sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf və məmnunluq hissi duyuram. Biz buraya açıq ürəklə,
millətlərimiz arasında
böyük dostluqla gəlirik. Ən əsası odur ki, siz mərhum atanızı yetişdirən
millətsiniz, sonra isə Siz onun
yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız
ki, bura bir çox məsələlərin
mərkəzinə çevrilib.
İsraillə Azərbaycan
arasında tərəfdaşlıq
Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox
sahələrin də
təməl nöqtəsidir.
Düşünürəm ki, bu, bir çox
səviyyələrdə xalqlarımıza
mesaj göndərir.
İlk növbədə, hesab
edirəm ki, bu, elə bir mesaj
göndərir ki, yəhudilər
və müsəlmanlar
birlikdə sülhə
doğru addımlasalar,
birgə açıq
dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar
birlikdə möhtəşəm
işlər görə
bilərlər. İkincisi,
bu, strateji münasibətdir, çünki
biz sülh, rifah və inkişaf istiqamətlərində bütün
regiona öz təsirimizi göstəririk.
Buna görə çox
sağ olun. Əlbəttə ki, cənab
Prezident, mən qarşılıq göstərərək
Sizi İsraildə qəbul etməyi səbirsizliklə gözləyirəm.
Prezident İlham Əliyev:
Təşəkkür edirəm.
Azərbaycan.-2023.- 31 may.- S.8.