Azərbaycan Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələri
böyük tarixə
malikdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının
ölkəmizdə yeni
təyin olunan fövqəladə və səlahiyyətli səfiri
Alim Bayelin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir
etimadnaməsini dövlətimizin
başçısına təqdim
etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı
ölkələrimiz arasında
fəal əməkdaşlığın
həyata keçirildiyini
bildirdi, bu baxımdan özünün
Qazaxıstana, Qazaxıstan
Prezidentinin isə Azərbaycana səfərinin
əlaqələrimizin genişlənməsi
işinə təkan verdiyini vurğuladı.
Prezident İlham
Əliyev xalqlarımız
arasında dostluq və qardaşlıq əlaqələrinin böyük
tarixə malik olduğunu qeyd etdi, hər zaman qarşılıqlı
dəstəyin nümayiş
etdirildiyini bildirdi. Bu gün bu
amilin Xəzər dənizi hövzəsində
və digər sahələrdə əməkdaşlığın
dərinləşdirilməsi üçün böyük
önəm daşıdığını
dedi.
Dövlətimizin başçısı
hazırda Azərbaycanla
Qazaxıstan arasında
ticarət dövriyyəsinin
və daşımalarının
həcminin artırılması
istiqamətində fəal
danışıqların getdiyini
qeyd edərək, nəqliyyat-logistika sahəsinin
iqtisadi əlaqələrimizin
əsas istiqamətlərindən
biri olduğunu dedi və həyata
keçirilən birgə
infrastruktur layihələrinin
yükdaşımaların həcminin genişlənməsi
üçün yaxşı
imkan yaratdığını
vurğuladı. Azərbaycan
Prezidenti, eyni zamanda, gəmiqayırma müəssisələrinin imkanlarından
da istifadə olunmasının önəmini
qeyd etdi. Dövlətimizin başçısı
bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan
neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini
vurğuladı və
bunun energetika sahəsində əməkdaşlığı
genişləndirmək işinə
mühüm töhfə
verdiyini dedi. Dövlətimizin başçısı
səfirə fəaliyyətində
uğurlar arzuladı.
Azərbaycanda səfir
təyin olunmasından
şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli
münasibətlərin bundan
sonra da inkişaf etdirilməsində
səylərini əsirgəməyəcəyini
qeyd etdi.
Səfir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək, Müstəqilik
Günü münasibətilə
dövlətimizin başçısını
və Azərbaycan xalqını təbrik etdi.
Alim Bayel əlaqələrimizin genişlənməsində
iqtisadi-ticari sahədə
qarşılıqlı fəaliyyətin
inkişaf etdirilməsinin
və ölkələrimiz,
eyni zamanda, digər regionlar üçün böyük
geoiqtisadi önəm daşıyan layihələrin
həyata keçirilməsinin
prioritet olduğunu bildirdi. Bu xüsusda
Transxəzər beynəlxalq
nəqliyyat dəhlizinin
inkişaf etdirilməsini,
Xəzər dənizinin
dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini,
Qazaxıstan neftinin ixracının şaxələndirilməsini
qeyd etdi.
Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulandı.
Azərbaycan.-2023.- 31 may.- S.12.