Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri.
İsrail Dövləti
və vətəndaşları
adından Azərbaycanın
Müstəqillik Günü
münasibətilə Sizə
ən səmimi təbriklərimi çatdırıram.
Sizin müdrik rəhbərliyinizlə müasir
Azərbaycan güclü,
firavan dövlətə
çevrilib və bütün regionda uğurlu iqtisadi inkişafın nümunəsi,
sabitliyin sütunu hesab olunur. Bu
il biz ölkələrimiz
arasında diplomatik əlaqələrin qurulmasının
30-cu ildönümünü qeyd edirik.
İsrail ilə
Azərbaycanın strateji
müttəfiqliyi və
tərəfdaşlığı illər ərzində daha da güclənmiş,
ölkələrimiz və
xalqlarımız arasında
qarşılıqlı hörmət
və etimada əsaslanmışdır.
Azərbaycan Respublikasının
İsrail Dövlətində
səfirlik açmaq barədə Sizin müdrik qərarınız
məni sevindirmişdir.
Səfirliyin açılması
Sizin atanız, Azərbaycanın Ümummilli
Lideri Heydər Əliyevin 100 illik yubileyinin bütün dünyada qeyd olunduğu ilə təsadüf edib. Görkəmli dövlət
xadimi Heydər Əliyev ölkələrimiz
arasındakı dostluğun
və strateji tərəfdaşlığın əsasını qoymuşdur.
Gözəl ölkəniz
barədə, onun tarixi və mədəniyyəti, Nizami
Gəncəvinin poeziyası,
Azərbaycanın təbiəti
və görməli yerləri, xalqınızın
istiqanlılığı və
qonaqpərvərliyi haqqında
çox eşitmişəm.
Buna görə də həyat yoldaşım Mixal və mən gözəl ölkənizə
səfəri, Zati-alinizlə,
həmçinin birinci
xanım Mehriban Əliyeva ilə görüşümüzü səbirsizliklə gözləyirik.
Azərbaycanın bu
mötəbər bayramı
münasibətilə səmimi
təbriklərimizi qəbul
etməyinizi Sizdən
bir daha xahiş edirəm. Cənab Prezident, bu fürsətdən istifadə edərək Sizə cansağlığı
və xoşbəxtlik,
Azərbaycan xalqına
isə rifah arzulayıram.
Hörmətlə,
İsxak Hersoq
İsrail Dövlətinin
Prezidenti
Azərbaycan.-2023.-
31 may.- S.13.