Baş
nazir Əli Əsədov Türkiyənin
vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb
Mayın 29-da Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov Türkiyə
Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın prezident
seçkilərində yenidən
qələbə qazanması
münasibətilə Türkiyənin
vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
məktubda Rəcəb
Tayyib Ərdoğanın
rəhbərliyi ilə
Türkiyə Respublikasının
böyük inkişaf
yolu keçdiyi və bunun təzahürü
olaraq qardaş Türkiyə xalqının
ölkənin hərtərəfli
çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı
fəaliyyətini və
xidmətlərini yüksək
qiymətləndirdiyi, bu
seçkilərdə də
ona etimad göstərildiyi vurğulanıb.
Milli iradənin
və demokratiyanın
təntənəsi olan
bu səsvermənin nəticələrinin Azərbaycanda
da böyük sevinc və coşqu ilə qarşılandığı diqqətə
çatdırılıb.
Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsaslanan və dövlətlərimizin başçılarının rəhbərliyi ilə bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatmış Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və hər iki ölkənin xalqlarının rifahına xidmət göstərəcəyinə əminlik ifadə olunub.
Azərbaycan.-2023.-
31 may.- S.13.