Azərbaycanla Böyük Britaniya arasında “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafı müzakirə
edilib
Energetika naziri Pərviz Şahbazov ilə “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə
olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson arasında
görüş olub.
Energetika Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə iki
ölkə arasında
Birgə Hökumətlərarası
Komissiya çərçivəsində
və təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın
inkişafı ilə
bağlı müzakirələr
aparılıb. “Yaşıl
enerji” və enerji səmərəliliyi
sahələrində intensiv
dialoqun aparılmasının
və konkret layihələr üzrə
fəaliyyətin aktivləşdirilməsinin
vacibliyi vurğulanıb.
“Yaşıl enerji”nin maliyyələşməsi
üzrə Azərbaycan-Böyük
Britaniya əməkdaşlıq
perspektivləri nəzərdən
keçirilib.
Sonra energetika naziri Pərviz Şahbazov Azərbaycanda enerji sahəsində iqtisadi imkanlar haqqında məlumatlılığın
artırılması məqsədilə
Enerji Sənayeləri
Şurası ilə birgə keçirilən
“Baku connect” adlı tədbirdə iştirak edib.
Nazir çıxışında
ölkəmizdə enerji
sahəsində aparılan
islahatlar, həyata keçirilən enerji layihələri, Avropanın
enerji təhlükəsizliyinin
təminatında Azərbaycanın
rolu, “yaşıl enerji”nin istehsalı
və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətlərindən
bəhs edib. Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji
layihələrində sıx
əməkdaşlığın mövcud olduğu, bu illər ərzində
Böyük Britaniyadan
Azərbaycana 34 milyard
ABŞ dolları məbləğində
investisiya yatırıldığı
bildirilib. Bu xüsusda, işğaldan azad olunmuş ərazilərdə bp şirkəti ilə günəş enerjisi layihəsinin icrası diqqətə çatdırılıb.
Bildirilib ki, Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq
Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa
dair 2021-ci ilin may ayında imzalanmış Anlaşma
Memorandumu enerji keçidi və dekarbonizasiya üzrə əməkdaşlığımıza töhfə verir. Bu istiqamətdə bp ilə əməkdaşlığımız
da təqdirəlayiqdir.
Əllidən çox şirkətin təmsil olunduğu tədbir “Azərbaycanın enerji bazarına baxış və layihə imkanları”, “Azərbaycanda biznes” və “Azərbaycan enerji keçidini necə qəbul edir” adlı üç sessiyada müzakirələrlə davam etdirilib.
Azərbaycan.-2023.- 31 may.- S.13.