Azərbaycan
Respublikası 1970-ci il
Konvensiyasının Yardımçı
Komitəsinə üzv
seçilib
Mayın 30-da UNESCO-nun
mənzil-qərargahında “Mədəni dəyərlərin
qanunsuz olaraq ölkəyə gətirilməsi,
ölkədən çıxarılması
və mülkiyyət
hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına
yönəldilmiş tədbirlər
haqqında” 1970-ci il Konvensiyasına tərəf
ölkələrin 7-ci sessiyası
öz işinə başlayıb.
Xarici İşlər
Nazirliyindən AZƏRTAC-a bildirilib
ki, sessiya zamanı, Konvensiyanın Yardımçı Komitəsinə
İkinci Seçki Qrupundan (Şərqi Avropa və Mərkəzi Asiya) olduqca rəqabətli şəraitdə keçirilmiş
seçkilər çərçivəsində
Azərbaycan ən yüksək səs toplayaraq Konvensiyanın Yardımçı Komitəsinə
üzv seçilib.
Seçkilərdə 1970-ci il Konvensiyasına tərəf 125 ölkə
iştirak edib və onlardan 112 dövlət Azərbaycanın
lehinə səs verib.
Xarici İşlər Nazirliyi Azərbaycanın namizədliyini dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edir.
Azərbaycan.-2023.- 31 may.- S.13.