YAP nümayəndə
heyəti Çinə
səfər edib
Yeni Azərbaycan
Partiyası (YAP) Sədrinin
müavini - Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqovun başçılıq etdiyi
nümayəndə heyəti
Çin Xalq Respublikasında səfərdədir.
Səfər çərçivəsində
mayın 28-də YAP nümayəndə
heyəti Çin Kommunist Partiyasının
(ÇKP) Muzeyini ziyarət
edib.
Muzeylə tanışlıq
zamanı Çinin və ÇKP-nin tarixi haqqında ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb
ki, muzeydə ölkənin və partiyanın tarixini əks etdirən müxtəlif eksponatlar toplanıb və qiymətli, nadir kolleksiya nümunələri,
stendlər mövcuddur.
Sonra YAP Sədrinin
müavini - Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov xatirə kitabına təəssüratlarını və ürək sözlərini yazıb.
Daha sonra qarşılıqlı olaraq
xatirə hədiyyələri
təqdim edilib.
Həmin gün
YAP Sədrinin müavini
- Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov ilə ÇKP Mərkəzi Komitəsinin
Beynəlxalq əlaqələr
şöbəsi müdirinin
müavini, nazir müavini Çyan Xunşan arasında görüş keçirilib.
YAP nümayəndə heyətini salamlayan Çyan Xunşan 28 May - Müstəqillik Günü münasibətilə
təbrikini çatdırıb,
Azərbaycan xalqına
və dövlətinə
firavanlıq, əmin-amanlıq
və yeni uğurlar arzu edib. Çyan Xunşan Azərbaycan-Çin
münasibətlərinin dostluğa
və tərəfdaşlığa
əsaslandığını, çoxşaxəli əlaqələrin
yüksələn xətt
üzrə inkişaf
etdiyini vurğulayıb.
O, Çin ilə Azərbaycanın iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə
əlaqələri genişləndirməkdə
maraqlı olduqlarını
bildirib. Milli maraqları və beynəlxalq hüquq normalarını əsas götürən, bərabərhüquqlu
tərəfdaşlığa malik iki dost
ölkənin bir-birinin
suverenliyinə hörmət
və ərazi bütövlüyünə dəstək
ifadə etdiklərini
söyləyən Çyan
Xunşan qeyd edib ki, istər
Azərbaycan, istərsə
də Çin öz siyasəti ilə beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü olduğunu sübuta yetirib.
Şöbə müdirinin
müavini bildirib ki, ÇKP ilə YAP arasındakı məhsuldar
dialoq çərçivəsində
əlaqələrin genişləndirilməsi
Azərbaycan-Çin münasibətlərinin
də inkişafına
önəmli töhfədir.
ÇKP-nin geniş beynəlxalq əlaqələrə
malik olduğunu söyləyən Çyan
Xunşan YAP ilə əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət göstərildiyini bildirib.
O, qarşılıqlı səfərlərin
partiyalar arasında əlaqələrin mövcud
vəziyyətinin dəyərləndirilməsi
və gələcək
əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından əhəmiyyətli
olduğunu qeyd edib.
Dəvətə və
qonaqpərvərliyə görə
təşəkkürünü bildirən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb
ki, bu gün
Azərbaycan-Çin münasibətləri
hər iki ölkənin liderlərinin
siyasi iradəsi sayəsində dinamik inkişafa malikdir. İki ölkə arasında çoxşaxəli
əlaqələrin mövcud
olduğunu diqqətə
çatdıran Tahir Budaqov qeyd edib
ki, müxtəlif sahələri əhatə
edən əməkdaşlığın
dərinləşdirilməsi üçün əlverişli
şərait və etibarlı zəmin mövcuddur. YAP Sədrinin
müavini söyləyib
ki, ərazilərinin bir hissəsi 30 ilə yaxın müddətdə işğal
altında qalmış
Azərbaycan beynəlxalq
hüququn təməlində
dayanan suverenlik və ərazi bütövlüyü prinsiplərinə
hər zaman böyük önəm verib. Bu baxımdan,
Azərbaycan beynəlxalq
münasibətlər sisteminin
subyekti olan ölkələrin, o cümlədən
Çinin ərazi bütövlüyünə, eləcə
də Vahid Çin prinsipinə dəstəyini daim ifadə edib və bu gün
də eyni mövqedədir. Azərbaycanın
44 günlük Vətən
müharibəsində möhtəşəm
qələbə qazanaraq
ərazi bütövlüyünü
təmin, tarixi ədaləti isə bərpa etməsindən bəhs edən Tahir Budaqov yeni
geosiyasi reallıqların
regional təhlükəsizlik
və işbirliyi üçün mühüm
imkanlar yaratdığını
bildirib. Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində
bərpa-quruculuq işlərinin
görüldüyünü diqqətə çatdıran
YAP Mərkəzi Aparatının
rəhbəri Çin
şirkətlərinin bu
prosesdə fəal iştirakına geniş imkanların olduğunu söyləyib.
Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin
inkişafında iki ölkənin hakim partiyalarının daimi təmaslarının və
əməkdaşlıq əlaqələrinin
mühüm rolu olduğunu diqqətə çatdırıb. O, qarşılıqlı
səfərlərin partiyalararası
əlaqələrin bütün
istiqamətlərdə inkişafına
təkan verəcəyinə
əminliyini ifadə edib. YAP Sədrinin müavini bildirib ki, siyasi partiyalar
olaraq dövlət başçılarının dostluq
münasibətlərini, Azərbaycan
ilə Çin arasında tərəfdaşlığı
örnək götürərək
əlaqələri daha
da gücləndirməli,
səmərəli, faydalı
və məqsədyönlü
birgə fəaliyyəti
uğurla davam etdirməliyik.
Qeyd edək ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxildirlər.
Azərbaycan.-2023.- 31 may.- S.16.