YAP Mərkəzi
Aparatının rəhbəri
ÇKP Mərkəzi Komitəsinin
Beynəlxalq əlaqələr
şöbəsinin müdiri
ilə görüşüb
Yeni Azərbaycan
Partiyası (YAP) Sədrinin
müavini - Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqovun başçılıq etdiyi
nümayəndə heyətinin
Çin Xalq Respublikasına (ÇXR) səfəri
çərçivəsində mayın 29-da Çin Kommunist Partiyası
(ÇKP) Mərkəzi Komitəsinin
Beynəlxalq əlaqələr
şöbəsinin müdiri,
nazir Liu Ciençao ilə görüş keçirilib.
Nümayəndə heyətini
salamlayan Liu Ciençao Çin ilə Azərbaycan arasında çoxşaxəli
əlaqələrin inkişaf
dinamikasının məmnunluq
doğurduğunu vurğulayaraq
qarşılıqlı faydalı
əməkdaşlığın uğurla davam etdirilməsinin mühüm
əhəmiyyət kəsb
etdiyini söyləyib.
Azərbaycanın ÇXR-in
dostu və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı
olduğunu bildirən
Liu Ciençao iki ölkə arasında əməkdaşlığın
dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. O, Çinin "Bir kəmər, bir yol" layihəsi
çərçivəsində digər tərəfdaş
ölkələrlə olduğu
kimi, Azərbaycanla da əməkdaşlığın
ikitərəfli münasibətlərin
inkişafına, Avrasiyada
genişmiqyaslı işbirliyi,
inteqrasiya və sabitliyə xidmət etdiyini deyib.
ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan
Partiyası arasında
sıx təmasların
olduğunu bildirərək
qarşılıqlı səfərlərin
təcrübə mübadiləsi
və əməkdaşlığın
genişləndirilməsi baxımından
böyük önəm
daşıdığını diqqətə çatdırıb.
O, ÇKP-nin Yeni Azərbaycan Partiyası ilə əlaqələrin
genişləndirilməsində maraqlı olduğunu söyləyərək YAP nümayəndə
heyətinin səfərinin
hakim partiyalar arasında dostluq münasibətlərinin daha
da gücləndirilməsinə
xidmət edəcəyinə
əminliyini bildirib.
Dəvətə və
qonaqpərvərliyə görə
təşəkkürünü bildirən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlərin dinamik
inkişaf etdiyini, sənaye, kənd təsərrüfatı, ticarət,
turizm, nəqliyyat-logistika
və digər sahələri əhatə
edən əməkdaşlığın
çoxşaxəli və
qarşılıqlı faydalı
xarakter daşıdığını
bildirib. Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyinin tamam olduğunu xatırladan Tahir Budaqov ölkələrimizin
bu müddət ərzində ikitərəfli
və beynəlxalq platformalar çərçivəsində
münasibətləri inkişaf
etdirərək əhəmiyyətli
nailiyyətlər qazandıqlarını
qeyd edib: "Prezident, Yeni Azərbaycan Partiyasının
Sədri cənab İlham Əliyevin vurğuladığı kimi,
Azərbaycan ilə Çin bir çox sahələrdə
uğurla əməkdaşlıq
edir".
Azərbaycanın möhtəşəm
qələbəsi ilə
başa çatan 44 günlük Vətən müharibəsindən sonra
yaranmış yeni reallıqlardan bəhs edən YAP Sədrinin müavini postmüharibə
dövründə ölkəmizin
təşəbbüslərinin bölgədə sülhə,
sabitliyə və təhlükəsizliyə xidmət
etdiyini bildirib. Azərbaycanın Çinin
irəli sürdüyü
"Bir kəmər, bir yol" layihəsini
dəstəkləyən ilk
ölkələrdən biri
olduğunu diqqətə
çatdıran Tahir Budaqov Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətindən bəhs
edib. O bildirib ki, dəhliz Azərbaycanın tranzit ölkə kimi potensialını daha da gücləndirəcək,
bu geostrateji koridor vasitəsilə Şərq-Qərb istiqamətində
beynəlxalq yükdaşımaların
əhəmiyyətli dərəcədə
artması regionda Azərbaycan və Çinin də fəal iştirakçısı
olduğu yeni çoxtərəfli əməkdaşlıq
platformasının formalaşmasını
təmin edəcək.
YAP Sədrinin müavini
Azərbaycan Prezidenti İlham Əliyev ilə ÇXR-in Sədri Si Cinpinin
siyasi iradələrinə
uyğun olaraq iki hakim partiya
arasında əməkdaşlığın
dərinləşdirilməsi istiqamətində mühüm
addımların atıldığını
vurğulayıb. Pandemiyadan
sonra Çinə rəsmi səfərə dəvət edilən ilk nümayəndə heyətinin məhz Yeni Azərbaycan Partiyasından olmasının
dostluq və tərəfdaşlıq nümunəsi
kimi böyük məmnunluq doğurduğunu
xüsusi qeyd edən Tahir Budaqov söyləyib ki, qarşılıqlı
səfərlər partiyalararası
münasibətlərin inkişafı
üçün mühüm
əhəmiyyət daşıyır:
"Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının fəal dialoqu xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə,
çoxşaxəli əməkdaşlığımızın
dərinləşməsinə və bütövlükdə
Azərbaycan-Çin münasibətlərinin
inkişafına mühüm
töhfələr verir".
YAP İdarə Heyətinin
üzvü, Milli Məclisin Azərbaycan-Çin
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun üzvü Hikmət Məmmədovun,
partiyanın Təftiş
Komissiyasının sədri,
Milli Məclisin deputatı Sevinc Hüseynovanın, YAP Gənclər
Birliyinin sədri Bəxtiyar İslamovun, partiyanın Mərkəzi
Aparatının İnformasiya
texnologiyaları və
ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Nurlan Qələndərovun
və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər
şöbəsinin aparıcı
məsləhətçisi Taleh Həsənzadənin
də iştirak etdikləri görüşdə qarşılıqlı
maraq doğuran bir sıra məsələlər
müzakirə olunub.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
Azərbaycan.-2023.- 31 may.- S.16.