YAP Sədrinin
müavini Ümumçin
Xalq Nümayəndələri
Yığıncağı Daimi Komitəsi sədrinin müavini ilə görüşüb
Çin Xalq Respublikasında (ÇXR) səfərdə
olan Yeni Azərbaycan Partiyası
(YAP) Sədrinin müavini
- Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqovun başçılıq
etdiyi nümayəndə
heyəti mayın
29-da Ümumçin Xalq
Nümayəndələri Yığıncağı
Daimi Komitəsi sədrinin müavini Şöhrət Zakir ilə görüşüb.
Şöhrət Zakir
dost və tərəfdaş ölkələr
olan Azərbaycan ilə Çin arasında münasibətlərin
inkişafının daim
diqqət mərkəzində
olduğunu söyləyib.
Müxtəlif səviyyələrdə
həyata keçirilən
səfərlərin əhəmiyyətindən
bəhs edən sədr müavini ölkələrimizin bir-birinin
milli maraqlarına və dövlətçilik
mənafelərinə hörmət
etdiyini vurğulayıb.
Azərbaycan ilə
Çinin çoxşaxəli
və genişmiqyaslı
münasibətləri dərinləşdirməkdə
maraqlı olduğunu bildirən komitə sədrinin müavini parlamentlərarası əməkdaşlığın
önəmindən söz
açıb. O, hər
iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin
Azərbaycan-Çin münasibətlərinin
inkişafına mühüm
töhfə verdiyini diqqətə çatdırıb.
YAP Sədrinin müavini
- Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov Azərbaycan və Çinin qarşılıqlı faydalı
işbirliyinə böyük
önəm verdiklərini,
ölkələrimiz arasında
fəal siyasi dialoqun və beynəlxalq təşkilatlarda
səmərəli əməkdaşlığın
mövcud olduğunu söyləyib. Tahir Budaqov hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini
birgə səylərlə
daha da inkişaf
etdirmək əzmində
olduğunu diqqətə
çatdırıb. 44 günlük
Vətən müharibəsində
Azərbaycanın möhtəşəm
qələbə qazanaraq yeni geostrateji reallıqlar yaratdığını söyləyən
YAP Mərkəzi Aparatının
rəhbəri hazırda
regionda mövcud olan vəziyyət, azad olunmuş ərazilərimizdə aparılan
genişmiqyaslı bərpa
və quruculuq işləri barədə
ətraflı məlumat
verib.
Siyasi partiyaların
dövlətlərarası münasibətlərin inkişafında
önəmli rola malik olduğunu söyləyən Tahir Budaqov Yeni Azərbaycan
Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın əhəmiyyətindən bəhs
edib. O, hakim partiyaların həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar
çərçivəsində əlaqələrin genişləndirilməsinə
xüsusi önəm verdiyini bildirib.
Vurğulanıb ki,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri
Si Cinpinin siyasi iradələrinə
uyğun olaraq əməkdaşlığın genişləndirilməsinə xidmət
edən addımların
atılması ardıcıl
uğurların əldə
olunması üçün
etibarlı zəmin yaradır və xalqlarımız, dövlətlərimiz
üçün mühüm
perspektivlər vəd
edir.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər barədə
müzakirələr aparılıb.
Qeyd edək ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi
nümayəndə heyətinə
partiyanın
İdarə Heyətinin
üzvü, Milli Məclisin Azərbaycan-Çin
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun üzvü Hikmət Məmmədov,
YAP Təftiş Komissiyasının
sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının
İnformasiya texnologiyaları
və ictimaiyyətlə
əlaqələr şöbəsinin
müdiri Nurlan Qələndərov və
Mərkəzi Aparatın
Beynəlxalq əlaqələr
və humanitar məsələlər şöbəsinin
aparıcı məsləhətçisi
Taleh Həsənzadə
daxildirlər.
Azərbaycan.-2023.-
31 may.- S.16.