ADAU-da
Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi
problemləri mövzusunda
elmi-praktik konfrans keçirilib
Azərbaycan Dövlət
Aqrar Unviersitetində
(ADAU) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri"
mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransdan əvvəl
tədbir iştirakçıları
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə
tər güllər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Dövlət
himni səsləndirilib,
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın
bütövlüyü uğrunda
canlarından keçən
şəhidlərin əziz
xatirəsi yad edilib.
Daha sonra konfransda "Ümummilli Lider Heydər Əliyev və ADAU" filmi nümayiş olunub.
Tədbirdə çıxış
edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov qeyd edib ki,
Azərbaycanda aqrar sahənin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz
Heydər Əliyevin təşəbbüsü ilə
1969-cu il iyulun 22-də
"Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun
50 illiyinin keçirilməsi
haqqında" Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
qərarı qəbul
edilib. 1980-ci il dekabrın 16-da Gəncədə
Ulu Öndər Sovet İttifaqının rəhbərliyi adından
"Şərəf nişanı"
ordenini təntənəli
şəkildə institutun
bayrağına sancıb.
Z.Qurbanov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində
Aqrar Universitetdə həyata keçirilən
tədbirlər barədə
də məlumat verib.
Kənd təsərrüfatı
nazirinin müavini Elçin Zeynalov çıxış edərək
ərzaq təhlükəsizliyinin
dövlətin milli təhlükəsizliyinin ən
mühüm komponenti olduğunu diqqətə çatdırıb.
O bildirib ki, ərzaq təhlükəsizliyi
ölkənin müstəqil
siyasət yürütməsi,
öz hüquqlarını
tələb etməsi
və hər hansı problemin həllində vahid mövqe sərgiləməsi
deməkdir. Azərbaycan
dövləti davamlı
olaraq əhalinin ərzaqla etibarlı təminatına dair bir çox sahədə tədbirlər,
irimiqyaslı dövlət
proqramları həyata
keçirir. Burada ilk növbədə əhalinin sağlamlığının
qorunması və inkişaf etdirilməsi, həmçinin milli dəyərləri nəzərə
alınır.
Gəncə Şəhər
İcra Hakimiyyətinin
başçısı Niyazi
Bayramov aqrar sahənin qeyri-neft sahəsi kimi əhəmiyyətini vurğulayaraq
bu sahədə görülən işlərdən
danışıb.
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ulu
Öndər Heydər
Əliyevin 1969-1981-ci illərdə
ölkəmizə rəhbərlik
etdiyi dövrdə heyvandarlıq, meliorasiya və kənd təsərrüfatının digər
sahələrində gördüyü
işləri diqqətə
çatdırıb. O, həmçinin,
bu gün fermerlərə verilən
dövlət subsidiyaları,
kənd təsərrüfatındakı
mövcud artımlar haqqında məlumat verib.
Türkiyənin Gəncə
şəhərindəki Baş
konsulu Rəcəp Öztop və Ege Universitetinin rektoru Necdet Budak çıxışlarında
iki qardaş ölkə arasında bütün sahələrdə
olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlığın davam etdiyini bildiriblər.
AMEA-nın Gəncə
bölməsinin sədri
Fuad Əliyev və "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları
və İxracatçıları
Assosiasiyası" İctimai
Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli
çıxışlar edərək
mövzu ətrafında
fikirlərini səsləndiriblər.
Tədbirin sonunda
Türkiyənin Ege Universitetinin rektoru, professor Necdet Budaka Azərbaycan Dövlət Aqrar Universitetinin Fəxri Doktoru diplomu və mantiyası təqdim olunub.
Konfrans işini
panel sessiyalarda davam etdirib.
Azərbaycan.-2023.- 31 may.- S.17.