Dövlətimizin
başçısının məqsədyönlü xarici
siyasəti dünya erməniliyinin məkrli planını pozdu
O insanlar qəhrəman
ola bilirlər ki, vaxtında düzgün və qətiyyətli qərarlar
qəbul edə bilirlər. O insanlar xalqlarının sevimlisi ola bilirlər ki, qəbul etdiyi qərarlar onlara xoşbəxtlik gətirir...
Nəyi necə
və nə zaman, dəqiqliklə etməyi bacarmaq xüsusiyyəti hər dövlət başçısına
nəsib olan xoşbəxtlik deyil. Bu cəhətdən Azərbaycan xalqı bəxti gətirmiş xalq hesab edilə
bilər. Prezident İlham Əliyev siyasətdə praqmatik, iqtisadiyyatda rasional, hərb və dövlət idarəetməsində
qətiyyəti və
prinsipiallığı ilə
zamana öz möhürünü vuran
nadir siyasət və dövlət xadimlərindəndir.
Azərbaycana rəhbərlik
etdiyi 20 ildə biz dövlətimizin başçısını müxtəlif
rakurslarda gördük
və Prezidentimizi daha yaxından tanımaq imkanı qazandıq. Bunun nəticəsi olaraq dilimizdə bir nida formalaşdı: Müzəffər Ali Baş Komandan! Siyasətdə güclü
lider, informasiya cəbhəsində də
Ali Baş Komandan.
Türkiyə-Azərbaycan dostluğunu indiyə kimi görmədiyimiz və xəyal belə edə bilməyəcəyimiz zirvəyə
qaldıran böyük
rəhbər bədxahların
önünə təkbaşına
çıxan, qətiyyətli
mövqeyi, siyasi, elmi biliyi, bacarığı
və şəxsi nüfuzu ilə bütün məkrli planları pozmağı bacaran güclü rəhbər.
Azərbaycanı möhtəşəm
qələbələrə aparan İlham Əliyev hakimiyyətə
gəldiyi ilk gündən güclü iqtisadiyyat, güclü dövlət modelinə üstünlük verib. İqtisadiyyatda rasional hesablamalar, dövlətimizin
iqtisadi qüdrətinin
gündən-günə artması,
daxildə davamlı sabitliyin bərqərar olması, xalqın öz prezidenti ətrafında sıx birliyi ölkəmizlə iqtisadi-siyasi əlaqə qurmaq marağında olan dövlətlərin sayını ciddi surətdə artırdı.
Bu da Azərbaycanın
beynəlxalq nüfuzuna,
iqtisadi-siyasi-hərbi əlaqələrinin
daha da genişlənməsinə
öz töhfəsini
verdi.
Müasir dövrdə
Azərbaycan Cənubi
Qafqaz regionunda əsas söz sahibi olan dövlət
kimi çətin və mürəkkəb geosiyasi şəraitdə
müstəqil xarici siyasət həyata keçirən, şərtlə
danışılan yox,
şərtləri diktə
edən, dünyanın
geosiyasətinin müəyyənləşməsində
rolu və iştirakçısı olan
dövlətdir.
Siyasi kataklizmlər
baş verdiyi, dünyada siyasi-hərbi qütbləşmələr getdiyi
bir vaxtda Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş
daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm
də regional təhlükəsizliyin təmin
olunması istiqamətində
ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin
həyata keçirdiyi
enerji layihələri,
regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları
Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm
rol oynayır. Qəti şəkildə deyə bilərik ki, beynəlxalq münasibətlər sistemində
davam edən gərginlik, o cümlədən
dövlətlərin suverenliyi
və daxili işlərinə müdaxilələr,
beynəlxalq hüququn
norma və prinsiplərinə ikili yanaşmalar Azərbaycanın
müstəqil siyasətinə
təsir edə bilməyib. Əksinə, aparılan uğurlu siyasət nəticəsində
dövlətimizin nüfuzu
artıb, beynəlxalq
məkanda iqtisadi və siyasi mövqeyi daha da möhkəmlənib.
Bu 20 ildə ölkəmiz regional və qlobal əhəmiyyətli iqtisadi,
siyasi və humanitar layihələrin mərkəzinə çevrilib,
bir sıra əhəmiyyətli əməkdaşlıq
formatlarının təşəbbüskarı
olub. Ölkəmizin milli maraqlara söykənən dinamikliyi,
intensivliyi və çevikliyi ilə xarakterizə olunan xarici siyasət strategiyası birmənalı
olaraq ekspertlər tərəfindən təqdir
olunan model kimi qiymətləndirilir.
Balanslaşdırılmış uğurlu siyasət, həyata keçirilən
tədbirlər Azərbaycanın
beynəlxalq münasibətlər
sistemində rolunu daha da artırıb,
mövqeyini möhkəmləndirib.
Bu gün ölkəmizin müsəlman
aləmində çox
böyük hörmət,
nüfuz sahibi olması, islam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı
və eyni zamanda bir çox
müsəlman ölkəsi
tərəfindən çox
yüksək qiymətləndirilir.
Dünyada qlobal
qütbləşmə prosesinin
getdiyi bir zamanda Türk Dövlətləri Təşkilatının
yaranması, dövlətimizin
başçısının bu təşkilatın yaranmasında müstəsna
xidməti, Şuşanın
türk dövlətlərinin
mədəniyyət paytaxtı
elan edilməsini, dövlətimizin beynəlxalq
nüfuzuna və haqlı mövqeyinə verilən qiymət hesab etsək, səhv etmərik.
Dünyada sülhə,
təhlükəsizlik və
inkişafa əvəzsiz
töhfə verən
120 üzv, 18 müşahidəçi
dövləti və
10 müşahidəçi beynəlxalq təşkilatı
birləşdirən, BMT-dən
sonra ikinci böyük təşkilata
sədrlik etməsi ölkəmizin beynəlxalq
aləmdə siyasi çəkisini və nüfuzunu müəyyən
etmək üçün
olduqca tutarlı fakt hesab etmək
olar.
Qoşulmama Hərəkatının
Xarici İşlər
Nazirləri Konfransı,
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının Xarici
İşlər Nazirləri
Şurasının iclası,
"Cənub Qaz Dəhlizi" Məşvərət
Şurasının Nazirlər
toplantısı, "Cənub
qaz dəhlizi"nin rəsmi açılış
mərasimi, VII Qlobal Bakı Forumu və digər mühüm əhəmiyyət
kəsb edən beynəlxalq tədbirlərə
ölkəmizin evsahibliyi
etməsi də Prezident İlham Əliyevin apardığı
uğurlu siyasətin məntiqi nəticəsidir.
Xəzər dənizinin
hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların
nəticəsi olaraq,
2018-ci il avqustun 12-də
Xəzəryanı Dövlətlərin
Dövlət Başçılarının
V Zirvə Toplantısında
Xəzər dənizinin
hüquqi statusu haqqında Konvensiyanın imzalanması dövlətimizin
maraqlarını təmin
edən böyük diplomatik və siyasi uğurudur.
Dövlətimizin başçısının
uğurlu xarici siyasətindən söz açarkən ilk növbədə çoxillik,
məkrli erməni
təbliğatının tarmar
edilməsini, çürük
erməni ideologiyasının
tarixin zibilliklərində
dəfn edilməsini unutmamalıyıq. Çoxillik
ardıcıl, gərgin
və səmərəli
fəaliyyətin nəticəsi
olaraq ilk növbədə erməni
vəhşiliyinin sübutu
olan Xocalı faciəsi dünyaya olduğu kimi, düzgün təqdim olundu. Dünyanın 13 dövləti ermənilərin
törətdiyi bu vəhşiliyi soyqırımı
kimi tanıdı. Daha sonra dövlətimizin
başçısı inkarolunmaz
faktlarla Ermənistanın
təcavüzkar dövlət
olduğunu, Azərbaycanın
20 faiz ərazisinin işğal altında saxlamasını bütün
beynəlxalq tədbirlərdə,
dünya liderləri ilə təkbətək və çoxtərəfli
görüşlərdə diqqətə çatdırdı.
Qətiyyətlə Azərbaycanın
bir qarış da olsun torpağını
güzəştə getməyəcəyini
bəyan etdi. Təcavüzkara qarşı
konkret tədbir görülməsini tələb
etdi. Problemin sülh yolu ilə həlli mümkün olmadıqda hərb yolu ilə həllinin qaçılmaz olduğunu
bildirdi.
Prezident İlham
Əliyev 44 günlük
Vətən müharibəsi
günlərində dünyada
məskən salan beynəlxalq erməni lobbisinin təşəbbüsü
və təşkilatçılığı
ilə Azərbaycana
"araşdırma" aparmağa
"prokuror kimi" gələn 30-dan çox
jurnalisti tutarlı və dəqiq cavablarla susdurdu. İlham Əliyevin dəqiq və qərəzsiz cavabları
"erməni" kimliyinin
dünyaya təqdimatı
oldu.
Dünyada hərbi
uğurun siyasi müstəvidə qəbul
edilməsi çox nadir baş verən hadisələrdəndir.
2020-ci il sentyabrın sonunda başlayıb, noyabrın birinci ongünlüyündə Azərbaycanın
möhtəşəm qələbəsi
ilə yekunlaşan Vətən müharibəsinin
nəticələri ilə
artıq bütün dünya hesablaşmaqdadır.
Hətta işğalçı
dövlət dəfələrlə
ölkəmizin ərazi
bütövlüyünü tanıması haqqında açıqlamalar
verib. Hazırda ciddi müzakirə mövzusu olan sülh protokolunun imzalanmasına da kimin vasitəçilk edəcəyini müəyyənləşdirən
əsas söz sahibi məhz Azərbaycandır. Heç
şübhəsiz ki,
yaxın vaxtlarda Azərbaycanın təklif
etdiyi şərtlərə
uyğun olaraq sülh müqaviləsinin
imzalanmasına da bütün dünya şahidlik edəcək.
Prezident İlham
Əliyevin apardığı
uğurlu siyasət nəticəsində Azərbaycan
iqtisadi cəhətdən
regionun lider, hərbi cəhətdən
qüdrətli dövlətinə
çevrildi. Üstümüzdən
məğlub xalq ləkəsini götürüb,
müzəffər xalq
ola bildik. Azərbaycanın haqq davası bütün ərazilərimizdə suverenliyin
və müstəqilliyin
tam bərpa olunması ilə nəticələndi. İftixarla
deyə bilərik ki, regionda sülhə
və sabitliyə təhlükə yaradan separatçıların məskən
saldığı Xankəndi
silahlı quldurlardan tam azad edildi.
Ölkəmizin ərazisində
yaradılan süni münaqişə ocaqları
söndürülərək yerində sülhün və sabitliyin təminatçısı olan
Azərbaycanın zəfər
bayrağı dalğalanır.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
1 noyabr, № 239.-S.3.