Kanadanın ermənipərəstliyi bölgədə sülhü təhdid edir

 

 

"Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik..."

Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində qətiyyətlə xəbərdarlıq etdiyi kimi, bəzi riyakar ölkələrin təcavüzkar Ermənistana dəstək vermələri, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürmələri, erməni ağzı ilə yalan böhtan səsləndirmələri, ümumilikdə bölgəni müharibəyə, qan-qada ünvanına çevirməyə yönəlib.

Xüsusilə Fransa 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlarla, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, suverenliyini bərpa etməsi kimi tarixə, haqqa, hüquqa dayanan gerçəkliklərlə barışa bilmir. Sadalanan məsələlər sayəsində erməni lobbisinin milyonlarla pulundan əli çıxan bu ölkənin Azərbaycana qərəzini haradasa başa düşmək olar.

Amma okeanın o tayında oturan, hadisələrin gedişatından qətiyyən xəbəri olmayan Kanadanın bişdiyini bilmədən, "bir çömçə mənə ver" prinsipi ilə Azərbaycana qarşı qərəz nümayiş etdirməsinə hansısa don geyindirmək olmur.

Yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış bu ölkənin  Azərbaycanı "etnik təmizləmə"də günahlandırması, əslində, həyasızlığın pik həddidir.

 

Melani Jolinin erməni sevgisi

 

Sadə azərbaycanlılar olaraq Kanadanı uzaq, soyuq ölkə kimi tanımış, buzüstü xokkeyinə azarkeşlik etmiş, hərdənbir baş nazirlərinin mötəbər tədbirlərə geyinib nümayiş etdirdiyi rəngarəng corablarına maraqla, təbəssümlə baxmışıq...

O ki qaldı dövlətlərarası münasibətlərimizə, digər ölkələrlə olduğu kimi, Kanada ilə Azərbaycanın siyasi, diplomatik münasibətləri hər zaman normal olub.

Yəni anlayacağınız, ümumilikdə bizim Kanada ilə heç bir işimiz, problemimiz yoxdur hər zaman düşünmüşük ki, bu hal qarşı tərəf üçün keçərlidir.

Lakin Kanadanın 2020-ci ildən etibarən, eləcə bu ilin 20 sentyabrından sonra Azərbaycana qarşı davamlı qərəz nümayiş etdirməsi, hökumət səviyyəsində ölkəmizi ittiham etməsi işin içində başqa məkrli mətləblərin olduğundan xəbər verir.

Yoxsa Kanadanın xarici işlər naziri Melani Joliyə düşüb ki, həftə səkkiz, mən doqquz Ermənistana səfər etsin, bölgədəki vəziyyətdən tamamilə xəbərsiz şəkildə Azərbaycanı suçlayan bəyanatlar versin?!

Oktyabrın 25-də Ermənistanda səfərdə olan Kanada naziri bölgədə heç bir humanitar böhran olmamasına baxmayaraq, bunun əksini iddia edib, ölkəmizə qarşı yalan iftiralar səsləndirib. Hətta Melani Joli ermənipərəstliyini daha qabarıq nümayiş etdirmək üçün bir qədər irəli gedərək, yəni həddini aşaraq, ölkəsinin Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsini dilə gətirib.

Birincisi, kimliyindən, hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır heç bir tərəfə uğur gətirməz.

İkincisi isə, onsuz da Kanada ilə Azərbaycanın iqtisadi, ticari əlaqələri o səviyyədə deyil ki, bizi hansısa sanksiyalarla hədələsin...

 

Kanada ilə Ermənistanı həm hər ikisinin törətdiyi qanlı əməllər birləşdirir

 

Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmayan Kanadanın birdən-birə olmayan erməni problemləri ilə aktiv məşğul olması ölkəmizə qarşı göstərilən açıq qərəzin əyani göstəricisidir.

Azərbaycanın ərazi bütövlüyünə suverenliyinə dəstək verməyən Kanada ölkəmizi etnik dözümsüzlükdə ittiham edir. Belə ki, ermənipərəst Melani Joli Azərbaycandan tələb edir ki, Qarabağdan könüllü çıxan insanların qayıtmasına şərait yaratsın. Amma bu tələbi Kanada nazirinin bölgədəki reallıqlardan heç bir xəbərinin olmadığını ortaya qoyur.

Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra Ermənistana təkmil sülh modeli təklif edib. Eyni zamanda suverenliyimiz bərpa ediləndən sonra mərkəzi hakimiyyət Qarabağda yaşayan ermənilərin  reinteqrasiyası ilə bağlı əməli işlərin həyata keçirilməsinə başlayıb. Azərbaycan qanunları ilə, bayrağımız altında yaşamaq istəməyən erməniəsilli sakinlər isə öz xoşları ilə ölkəmizi tərk ediblər.

Onu da vurğulayaq ki, lokal xarakterli antiterror tədbirləri zamanı heç bir mülki şəxs ziyan görməyib, eləcə erməniəsilli sakinlər ölkəmizi tərk edən zaman onlar hansısa təzyiq, zorakılıq halı ilə  üzləşməyiblər. Bütün bu faktlar BMT-nin bölgəyə səfər edən missiyası tərəfindən təsdiq olunub.

Kanada XİN rəhbəri bilməmiş olmaz ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın torpaqlarını işğal edən Ermənistan dinc sakinlərimizə qarşı qətliam, soyqırımı həyata keçirib, insanlarımızı kütləvi məzarlıqlarda basdırıb. İşğaldan azad edilən ərazilərimizdə ard-arda aşkarlanan kütləvi məzarlıqlar da bunun bariz göstəricisidir.

Amma Melani Joli erməni vəhşətini görməzdən gəlir, bu isə ölkəsində aborigen hindu əhalinin başına gətirdikləri müsibətlərə, kütləvi qətliamlara görə, bir növ adətkərdə olduqlarından xəbər verir. Elə görünür erməni cəlladları da Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməkdə, onları kütləvi məzarlıqlarda basdırmaqda Kanadanın qanlı təcrübəsindən yararlanıblar. Kanadanın aborigen hindulara qarşı bu cür qandonduran əməlləri ilə bağlı kifayət qədər faktlar var. 

 

Bu ölkələr Cənubi Qafqazda sülhün düşmənləridir

 

Kanadanın Azərbaycana qarşı qərəzli siyasətinin arxasında isə heç şübhəsiz riyakar Fransanın barmağı var. Fransa sözügedən ölkəni öz məkrli oyunlarına alət edərək erməni dəyirmanına su tökməklə məşğuldur. Lakin bu qərəzli ölkələrin təcavüzkar Ermənistana dəstək verərək Azərbaycana qarşı çıxmaları özləri üçün xeyirli nəticə verməyəcəyi kimi, bölgədə sülhə nail olunmasına da ağır zərbə vuracaq.

Buna görə , Cənubi Qafqazdan sözün bütün mənalarında uzaq olan Fransa Kanada kimi ölkələr bölgəmizdən qədər uzaq dursalar bir o qədər yaxşı olar. Birinci növbədə siyasi, iqtisadi, hərbi, sosial, demoqrafik, ümumiyyətlə,  bütün sahələrdə böhran, tənəzzül yaşayan Ermənistan üçün.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 1 noyabr, № 239.-S.3.